Videonun müddəti: 50:18 Baxış: 223 Əlavə edilib: 2023.03.28
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndidəki rejimdən SON DƏQİQƏ açıqlama, ermənilər isə Bakıya çağırıldı… - CANLI

Qarabağdakı qondarma “artsax respublikası”nın oyuncaq “müdafiə nazirli” xəbər yayıb. Bildirilir ki, Azərbaycan Ordusunun Xankəndi-Turşsu yolunda guya irəliləyiş cəhdinin qarşısı alınıb. Oyuncaq rejimin yaydığı xəbərdə deyilir ki, hadisə ilə bağlı Rusiya sülhməramlı qoşunlarının komandanlığına məlumat verilib.

Paralel olaraq isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir.
Kateqoriyalar: Həftə içi