Videonun müddəti: 51:37 Baxış: 224 Əlavə edilib: 2023.03.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xameneiyə sui-qəsd, SEPAH-da üsyan: nə baş verir? – detallar “Canlı debat”da

İranda rejimin dayağı hesab olunan SEPAH daxilində parçalanmalar yaşanır. Bu fikir ayrılıqları xüsusilə etirazlara münasibətdə müşahidə edilir. Hətta SEPAH daxilində Xameneiyə sui-qəsd planlarının qurulduğuna dair məlumatlar var.

Üstü açılan sui-qəsd planı haqda məlumat bu ilin 3 yanvar tarixində SEPAH-ın 58 komandiri ilə Xameneinin 4 saat davam edən görüşünün hakerlər tərəfindən ələ keçirilən və “İran İnternational” saytı tərəfindən yayımlanan stenoqramında ortaya çıxıb.

Məlumatlara görə, ötən ilin payızında etirazların davam etdiyi vaxt SEPAH-ın bir qrup hərbçisi Tehranda bir sıra dövlət obyektlərini artilleriya atəşinə tutmaq qərarına gəlib. Artilleriya atəşinə tutulacaq hədəflərdən biri də dini rəhbər Əli Xameneinin iqamətgahı olub. Lakin sui-qəsdin üstü açıldığı üçün hücum baş tutmayıb və üsyançı hərbçilər həbs edilib.

Bu məlumat İran rejimi daxilində qarşıdurmanın hansı səviyyədə olduğundan xəbər verir və bunu “İran İnternational” saytının yaydığı stenoqramda daha aydın görmək mümkündür.

Məxfi toplantıda SEPAH komandirləri Xameneiyə mövcud problemlərdən danışır, ondan kömək istəyir, amma həm də bir sıra mətləbləri də etiraf edirlər.
1. Ordu daxilində rejim əleyhdarları getdikcə çoxalır;
2. SEPAH zabitləri rejimə qarşı etirazlara dəstək verir;
3. Xameneiyinin oğlu Müctəbanın SEPAH-a müdaxiləsindən narazıdırlar;
4. Rəisi hakimiyyətini qəbul etmirlər;
58 məruzəçinin danışdıqları belə nəticəyə gəlməyə imkan verir.
SEPAH-da Xameneiyə qarşı çıxanlar var
SEPAH-da vilayəti-fəqihin (Ali dini liderin) nümayəndəsi Hüccətül-islam Abdullah Hacı Sadiqi deyir ki, SEPAH qüvvələrində vəziyyət ötənilki ilə eyni deyil, geriləmələr var.
“Lakin SEPAH hələ də rəhbərin arxasındadır”, - Abdullah Hacı Sadiqi belə deyir və bununla həm də SEPAH daxilində dini rəhbər Xameneiyə əks mövqedə olanların mövcudluğuna da işarə edir. O, ordu daxilindəki qruplaşmaların və qarşıdurmaların olduğunu da qeyd edir.

“Burada söhbət 600 mindən çox müxtəlif qüvvələrdən ibarət silahlı qüvvələrin üzvlərindən gedir. Hacı Qaani (SEPAH-ın Qüds qüvvələrinin rəhbəri İsmayıl Qaani) Qüds qüvvələrinin tərkibindədir. Onlar isə təsdiq edərlər ki, bizdə (silahlı qüvvələrin sırasında) ümumiyyətlə islami və dini inancları olmayan qüvvələr var. Onlar bu ölkə üçün döyüşürlər və biz öz qüvvələrimizdən gözlədiyimizi (sadiqliyi) onlardan gözləmirik. Bu bir sızmadır və buna şübhə yoxdur. Ölkənin təhlükəsizlik qurumlarının məlumat və statistikasında isə bu sızmaların 12 faizdən başlayaraq 68 faizə qədər rəqəmləri əhatə etdiyi bir çox hesabatlar var. Məlumat və statistika göstərdi ki, bu silahlı qüvvələr arasında etirazlar fərqlidir. Onların hər biri hansısa formada etiraz edir. Lakin etirazlarda konsensus yoxdur. Münaqişə var. Məlumdur ki, hər iki tərəfin ümumi məsələyə görə etiraz etdiyi briqada və ya orduda münaqişə olub. Amma onlar sistemi dəstəkləmək və onun çatışmazlıqlarına dözmək və sistemlə üzləşmək üçün üz-üzə dayanıblar. Əsas odur ki, sızma haqqında statistik məlumatları düzgün ola bilər”, - Hacı Sadiqi bildirir.
Kateqoriyalar: Canlı debat