Videonun müddəti: 41:57 Baxış: 227 Əlavə edilib: 2023.03.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Araik HƏDDİNİ AŞDI: Müharibə üçün silahlanmalıyıq… - Professor Qabil Hüseynli ilə CANLI

Qarabağda son günlər qondarma rejimin təhlükəsizlik şurasının katibi Samvel Babayan aktivləşib. Məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, Babayan Qarabağdakı separatçıların müxtəlif nümayəndələri ilə müntəzəm görüşlərə başlayaraq, bir sıra məsələlərdə aktiv danışıqlar aparıb. Bununla belə, qəzet əksər siyasi qüvvələrin Babayanı Ermənistan Baş naziri Nikol Paşinyanın adamı hesab edərək, onunla görüşdən imtina etdiklərini yazıb.

Babayanın həmçinin bir müddət əvvəl Xankəndidəki məktəblərdən birində insident yaşadığı da bəlli olub. Belə ki, müəllimlər onunla görüşə gəlməkdən imtina ediblər: “Qarabağlılarda belə təəssürat yaranıb ki, Babayan seçkilərə hazırlaşır, bununla da özünə elektorat toplamağa çalışır. O hətta müxtəlif yaşayış məntəqələrində özünə 3 aylıq ofislər də kirayəyə götürüb”.

Qeyd edək ki, Babayan Vardanyanın istefasından bir neçə gün əvvəl Xankəndiyə gələrək aktivləşib. Erməni mətbuatı onun son zamanlar separatçıların Bakı ilə danışıqlarını artırması təkliflərini intensivləşdirdiyini bildirib. Ermənilər onun “Bakının adamı” olduğunu iddia edirlər.

Xankəndidəki separatçıların lideri Araik Arutyunyan bir neçə gün əvvəl Moskvadan qayıdıb və orada bir sıra görüşlər keçirib. Bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, Araik artıq Xankəndidədir:

“Öyrəndik ki, Arutyunyan öz yaxın ətrafını toplayıb və istefa mövzusunun hələlik bağlandığını, yaxın müddət ərzində seçkilərin olmayacağını elan edib. O deyib ki, uzunmüddətli və sərt müqavimətə hazırlaşmaq, atəşə cavab vermək, təxribatların qarşısını almaq, diversantları məhv etmək, Qarabağda normal həyatı bərpa etmək, alternativ yola başlamaq və qarşıdan gələn müharibəyə hazırlaşaraq silahlanmaq lazımdır. Arutyunyan qarşılarında iki yolun olduğunu açıqlayıb: ya Qarabağdan çıxmaq, ya da “müstəqilliyi” qorumaqla döyüşmək və lazım gələrsə ölmək”. Separatçı-terrorçu lider Azərbaycana inteqrasiyanın gündəmdə olmadığını açıqlayıb.
Kateqoriyalar: Həftə içi