Videonun müddəti: 44:25 Baxış: 228 Əlavə edilib: 2023.03.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Müdafiə Nazirliyindən “sülhməramlılara” qəti XƏBƏRDARLIQ - Buna son qoyun! CANLI

“Ermənistanın “məhbus” adlandırdığı şəxslər üçtərəfli bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələb etdiyi tədbirləri rədd edib”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN-in Azərbaycanda erməni məhbuslarının olmasına dair iddialarına cavab olaraq tvitterdə yazıb.

"Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir". Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır", - nazirlikdən qeyd olunub.
Kateqoriyalar: Həftə içi