Videonun müddəti: 1:02:00 Baxış: 236 Əlavə edilib: 2023.03.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Bakı və İrəvan sülh imzalayacaq? - Zaxarova imtina etdi – Kamran Həsənli gündəmi təhlil edir

Rusiya XİN rəsmisi Mariya Zaxarova ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan arasında yaxın vaxtlarda sülh sazişinin imzalana biləcəyi barədə fikirlərinə şərh verməkdən imtina edib.

M.Zaxarova bugünkü mətbuat konfransında bu barədə sualı cavablandırmayıb.
“Gəlin, bütün hallarda baş verən hadisələri şərh edək, perspektivlə bağlı şərhlər isə həddən artıq çoxdur. Biz ondan çıxış edirik ki, əvvəlcə bu baş verməlidir, daha sonra onu şərh etmək olar və vacibdir. Biz həmişə şərh etməyə açığıq, ancaq hazırda şərh ediləsi heç nə yoxdur”, - Zaxarova deyib.

Rusiya nə istəyir? Mümkün sülh sazişi ilə bağlı niyə Rusiya konkret fikir bildirməkdən çəkinir? İranın Azərbaycana hansısa formada müdaxiləsi mümkündürmü? Bu zaman Rusiya hansı mövqeyi göstərəcək?
Veriliş: Kamranla 1