Videonun müddəti: 1:08:30 Baxış: 195 Əlavə edilib: 2023.03.22
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İrəvan xəstəxanaları qan ehtiyatı toplayır - müharibəyə ciddi HAZIRLAŞIRLAR – Tural Abbaslı CANLI

Ermənistan Səhiyyə Nazirliyi xəstəxanalara qan ehtiyatı görməklə bağlı tapşırıq verib. Bu barədə erməni Teleqram kanalları Ermənistan Səhiyyə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

Səbəbləri açıqlanmasa da, ehtimal olunur ki, bu, Ermənistanın müharibəyə hazırlaşması ilə bağlıdır. Qeyd edək ki, bu gün SEPAH-a bağlı Teleqram kanalları Ermənistanın sərhədə ordu topladığı haqda məlumat yaymışdı. Həmçinin iddia edilirdi ki, Paşinyan ofisinin qeyri-rəsmi sözçüləri yaxın iki həftə ərzində Qarabağla bağlı “sürprizlər” ola biləcəyi xəbərdarlığını edib.

Ermənilərin hazırlığı nədən xəbər verir? İran niyə bu ərəfədə aktivləşib? Azərbaycanı təhdid etmələrinin pərdəarxasında nələr dayanır? Azərbaycan hansı formada hazırlaşır?
Kateqoriyalar: Canlı debat