Videonun müddəti: 53:38 Baxış: 155 Əlavə edilib: 2023.03.18
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Mikaelyandan ŞOK: Azərbaycan Xankəndidə hərbi qüvvələr qruplaşdırıb - Qabil Hüseynli ilə CANLI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Görüşdən dərhal sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Telefon danışığının təfərrüatı bəlli olmasa da, sözügedən görüşdən sonra belə bir müzakirənin getməsi kifayət qədər diqqət çəkir.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının Ukraynaya göndərilən 1800 əsgərindən 800-ü həlak olub, 400-ü yaralanıb. Rusiyanın “sülh qüvvələri”nin Qarabağdan Ukraynaya yerləşdirməsi Moskvanın İrəvana təsirini sarsıdır. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Mənim istefaya göndərilməyim doğru qərar deyildi”. Erməni milyarder, Qarabağdakı separatçı rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan Ermənistan mətbuatına müsahibəsində deyib.

O, istefaya göndərilməsinin qondarma rejim qarşısında heç bir problemi həll etmədiyini deməklə separatçıların lideri Araik Arutyunyana meydan oxuyub:
“İctimaiyyətin böyük qismi hesab edirdi ki, bu qərar xarici təzyiqin nəticəsidir. Mənim 23 fevralda istefamla bağlı söylədiklərim bu gün də dəyişməz olaraq qalır”.

Vardanyan Xankəndi ilə bağlı bütün ifadələrinə baxmayaraq Ermənistandakı siyasi proseslərlə maraqlandığını da gizlətməyib.

Milyarderin Paşinyana qarşı fəaliyyətdə olduğu və onu hansısa formada əvəzləməyə çalışması bəlli olub. Belə ki, jurnalistin İrəvanda tezliklə mer seçkisinin olacağı və burada Vardanyanın özünün adamı olanı Mane Tandilyanı dəstəkləyəcəyi ilə bağlı sualına erməni iş adamı üstüörtülü formada təsdiq cavabı verib.

“Biz Qarabağı itirmək təhlükəsi qarşısındayıq. Gərək hər şeyi edək ki, bu baş verməsin. Eyni zamanda peşəkar, böyük insanlarla komplektləşdirilmiş dövlət institutları bizim hədəflərimizin reallaşdırılmasına kömək edəcək.

Bu planda qarşıdan İrəvan Şəhər Şurası seçkisi böyük əhəmiyyət kəsb edəcək. Əmin olun ki, zamanı gələndə konkret cavablar və qərarlar olacaq”, – Vardanyan bildirib.
Qeyd edək ki, Vardanyan hələ də Xankəndidədir. Onun tezliklə buranı tərk edərək İrəvanda proseslərə qoşulacağı deyilir. Rubenin Ermənistan daxilində erməni diasporu ilə gücünü son bir ayda birləşdirməsi də bunu deməyə əsas verir.
Kateqoriyalar: Həftə içi