Videonun müddəti: 43:27 Baxış: 163 Əlavə edilib: 2023.03.16
Pinterest
LinkedIn
WhatsApp
Telegram

SON DƏQİQƏ: Generallar gəldi, əks-hücum BAŞLANIR… Hərbi analitiklə CANLI

ABŞ-ın “Politico” qəzeti yazır ki, mayın sonunadək əks-hücum gözlənilir. Kiyevin döyüş meydanındakı strategiyasından asılı olmayaraq, ABŞ Ukrayna hərbçilərinin döyüşü davam etdirmələri üçün lazım olan silahlara malik olmasını istəyir.

Yüzlərlə Qərb tankı və zirehli texnikası, o cümlədən ilk dəfə olaraq körpü qura bilən və qoşunların çaylardan keçməsinə imkan verən səkkiz zirehli texnika hücum üçün Ukraynaya göndərilir.

Amerikalı və avropalı tərəfdaşlar Ukrayna ordusunu ən çox ehtiyacı olan çoxlu sursat və 155 mm-lik mərmilərlə də təchiz edəcək. Nəşr rəsmi mənbəyə istinadən yazır ki, dörd-beş ay əvvəl ABŞ-dan aldığı yardım paketlərində bu əks-hücum üçün Ukraynaya lazım olan şeylər var.

ABŞ rəsmilərinin sözlərinə görə, Kiyev hələ strategiya barədə qərar verməyib, amma onun iki yolu var: Xerson vasitəsilə cənuba doğru irəliləmək və ya şimal mövqeyindən şərqə, sonra isə cənuba doğru hərəkət edərək Rusiyanın quru yolunu kəsmək.
ABŞ-da birinci variant qeyri-real hesab olunur, çünki Rusiya Dnepr çayının şərq sahilində müdafiəni gücləndirib və Ukraynanın belə qüvvələrə qarşı uğurlu desant əməliyyatı üçün canlı qüvvəsi yoxdur. Rəsmilərin fikrincə, ikinci variant daha çox ehtimal olunur.
Silah yardımı ilə yanaşı, bu ay yüksək rütbəli amerikalı generallar Ukrayna hərbçilərini Almaniyanın Visbaden şəhərində müharibənin növbəti mərhələsi üçün bir sıra hərbi təlimlər keçiriblər.

"Rusiya Federasiyası Dağlıq Qarabağın mülki əhalisinin kütləvi şəkildə qətlə yetirilməsi ehtimalını rəsmən bəyan edib və Dağlıq Qarabağın əhalisinin və mülki infrastrukturunun təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürüb".

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan bildirib: "Ümid edirik ki, Rusiya Federasiyası bu funksiyanı tam şəkildə yerinə yetirəcək, lakin əgər bizim dost və müttəfiqimiz Rusiya Federasiyası hər hansı obyektiv səbəbə görə bu rolu yerinə yetirə bilmirsə, mən hesab edirəm ki, o, BMT Təhlükəsizlik Şurasına müraciət edərək Dağlıq Qarabağdakı mülki əhaliyə xəbərdarlıq etməlidir. Təhlükə və mülki infrastrukturların məhv edilməsi və bunun qarşısını almaq üçün Dağlıq Qarabağda və Laçın dəhlizində əlavə beynəlxalq mexanizmlərin işə salınmasının zəruriliyi var".
Kateqoriyalar: Həftə içi