Videonun müddəti: 1:12:12 Baxış: 132 Əlavə edilib: 2023.03.16
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyandan YENİ HƏMLƏ: "Mən sadiqəm!" dedi və Azərbaycana mesaj verdi - Üzeyir Cəfərovla "Canlı"

Azərbaycan Respublikasının Kreml nəzarətində qalan ərazisindəki 32 "yaşlı" separatçı-terrorçu qurumun qanunsuz qanunverici orqanında çoxluğa sahib olan hazırkı baş separatçı Arayik Arutyunyanın Ermənistan hakimiyyətinin göstərişi ilə keçmiş "dövlət naziri" və "müdafiə naziri" Samvel Babayanın fraksiyası ilə birlikdə hazırkı "dövlət naziri" Qurgen Nersisyanı "prezident"liyə namizəd kimi irəli sürəcəyinə şübhələr var.

Bu haqda Ermənistanın "Past" nəşri məlumat yayıb. Qeyd edilir ki, Paşinyan xətti ilə Sorosun adamı olduğu iddia edilən Qurgen Nersisyan deyilənləri qəzəblə təkzib edib.

Xankəndindəki mənbələrinn məlumatına görə, yeni plan razılaşdırılıb və bundan sonra adı Arutyunyanın “siyahısında” olmayan Samvel Babayanın "dövlət naziri" qoyulması planlaşdırılır.

"Əldə etdiyimiz məlumata görə, Arayik Arutyunyan bunun ola bilməyəcəyini iddia etsə də, 2020-ci il prezident seçkiləri ərəfəsində belə bir bəyanatla çıxış etdiyini və prezident seçildikdən dərhal sonra həmin Babayanı dərhal dövlət naziri təyin etdiyini nəzərə alsaq, istisna edilmir ki, onun yenidən bu cür sövdələşməyə gedəcəyi istisna deyil. Arutyunyan indiki mərhələdə əslində sadəcə alovlanan ehtirasları sakitləşdirməyə çalışır, çünki bildiyiniz kimi, Babayan, yumşaq desək, Artsaxda birmənalı qarşılanmır, ona görə də onun adının vaxtından əvvəl açıqlanması problem yarada bilər"- deyə erməni qəzeti yazır.
Bu arada Tert.am-ın yazdığına görə, İrəvanda politoloq Hrant Melik-Şahnazaryan iddia edib ki, Arayik Arutyunyan Qarabağın Azərbaycana təhvil verilməsini başqasının çiyninə qoyub qaçmaq istəyir.

“Arayik Arutyunyan Artsaxın müstəqilliyinin qorunub saxlanması işinə xidmət etməyib. Artsax elitası xalqı birləşdirib müharibəyə hazırlamaq əvəzinə daxili problemlərlə və dövlətin məhvi ilə məşğuldur" -H.Melik-Şahnazaryan belə deyib.

O, Samvel Babayanın da "anti-dövlət" adamı olduğunu vurğulayıb.
Kateqoriyalar: Canlı debat