Videonun müddəti: 1:07:38 Baxış: 143 Əlavə edilib: 2023.03.16
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İran ordunu niyə yüksək döyüş hazırlığına gətirdi? -Azərbaycana qarşı... - E.Şahinoğlu ilə “CANLI”

Dünən biz İlaxır çərşənbədə də İranda genişmiqyaslı etirazların şahidi olduq. Xalq Axırçərşənbədən etirazlar üçün yeni fürsət kimi istifadə etdi. Artıq 6 aydır ki, proses davam edir və Tehran rejimi bundan olduqca narahatdır.

Bu sözləri ekspert Kərim Əsgəri deyib. Ekspert SEPAH-ın Xameneidən sonrakı dövrə hazırlıq planlarının olduğunu bildirib:

“Hazırda çevriliş ehtimalına qarşı SEPAH-ın dövlətə nəzarəti tamamilə əlinə alma planlarının olduğu barədə söhbətlər də gündəmdədir. Lakin SEPAH birbaşa Xameneiyə tabedir. Fikrimcə, bu, həm də Xameneidən sonrakı dövrə hazırlıqla əlaqədardır. Yəni hansısa bir çevrilişə imkan verməmək və yenə vaxtından əvvəl hakimiyyət dəyişikliyi olacağı təqdirdə iqtidara SEPAH-a bağlı olan şəxsi gətirmək istəyirlər”.

Qeyd edək ki, dünən bütün İran ərazisində güclü etiraz nümayişləri və polis qüvvələri ilə toqquşmalar yaşanıb. Eyni zamanda ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirildiyi haqqında xəbərlər yayılıb.
Kateqoriyalar: Canlı debat