Videonun müddəti: 1:17:52 Baxış: 244 Əlavə edilib: 2023.03.15
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyan Qarabağla bağlı YENİ qərar verdi, İran ordusu da AYAĞA QALXDI – Tural Abbaslı ilə CANLI

Paşinyanın açıqlamaları İrəvanın iki niyyətini ortaya çıxarır: Birincisi, sülh müqaviləsində Ermənistanın mövcud ərazilərinə toxunulmasın: sentyabr döyüşlərində nəzarətə götürülən ərazilər qaytarılsın, SSRİ dövründə verilən ərazilər, o cümlədən, 90-cı illərdə işğal edilən kəndlər (Kərki və Qazaxın 7 kəndi) onlarda qalsın;

İkincisi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Qarabağda “ermənilərin hüquq və təhlükəsizliyinin qorunması” adı ilə “erməni anklavı” yaradılsın və buna beynəlxalq təminat verilsin;

Ermənistan açıq şəkildə oynayır və belə görünür ki, sülh üçün müharibə yenidən qaçılmaz varianta çevrilir.

Bu arada İran ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu haqda MOUZE Teleqram kanalı məlumat yayıb. Hələ ki, məlumatla bağlı İran dövləti rəsmi açıqlama verməyib.
Kateqoriyalar: Canlı debat