Videonun müddəti: 1:01:39 Baxış: 149 Əlavə edilib: 2023.03.14
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyandan Bakıya cavab gəldi: Danışdıq! – İlham İsmayılla “Canlı debat”

Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab alıb. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Sizi əmin etmək istəyirəm ki, əgər hansısa sənədin imzalanmasına 2-3 gün qalacaq bir vəziyyət yaranarsa, bu, pis yox, yaxşı xəbər olacaq. Çünki bu, danışıqlar prosesində irəliləyişin qeydə alındığı anlamına gələcək. Biz isə arzularımızın təcəssümü deyil, uzunmüddətli sülh, sabitlik və inkişafı təmin etməli olan nəticəyə nail olmuşuq”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, fevralın ortalarında Ermənistan Bakı ilə sülh müqaviləsi layihəsi ilə bağlı növbəti təkliflərini Azərbaycana verib: "2-3 gün əvvəl Azərbaycandan cavab aldıq. Onu da qeyd edək ki, müəyyən irəliləyişlər görürük. Amma nə qədər irəli gediriksə, bir o qədər də fundamental problemlər üzə çıxır”.
Kateqoriyalar: Canlı debat