Videonun müddəti: 1:21:16 Baxış: 140 Əlavə edilib: 2023.03.14
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Qarabağdakı ermənilər Bakıya MEYDAN OXUDU! – "GƏLMİRİK!" - “Canlı debat”

"Rusiyanın hayklarla danışıqlar üçün məhz Azərbaycan xalqının ən yaralı yeri olan, 31 il öncə elə bu ölkənin 366-cı alayının iştirakıyla soyqırımı təşkil etdikləri və faktiki işğal altındakı Xocalı şəhərini seçməsi təsadüf idimi?.."
32-ci ildir Azərbaycan Respublikası ərazisinin bir hissəsində Kremlin himayəsi altında fəaliyyət göstərən separatçı-terrorçu rejim rəhbərliyi Prezident Administrasiyasının Azərbaycan və Qarabağdakı erməni nümayəndələri arasında növbəti görüşün Bakıda keçirilməsi təklifinə cavab verib.

Bu haqda Ermənistanın "Past" nəşri məlumat yayıb.

Məlumata görə, separatçılar sözügedən görüşün martın 1-də olduğu kimi, yenə də Xocalıda Rusiya "sülhməramlı"larının vasitəçiliyi ilə keçirilməsində israr edir.

“Azərbaycan Respublikası Prezident Administrasiyasının Azərbaycan və Qarabağ nümayəndələri arasında görüşün(Bakıda-S.L.) keçirilməsi təklifinə cavab olaraq bildiririk ki, Artsax respublikası(dırnaqaarası-S.L.) belə görüşlərin keçirilməsinin mümkünlüyü ilə bağlı əvvəllər ifadə olunmuş mövqeyə sadiqdir. Görüşün Rusiya sülhməramlılarının vasitəçiliyi 1 martda keçirildiyi eyni yerdə("İvanyan" dedikləri Xocalıda-S.L.) və yalnız humanitar, infrastruktur, texniki məsələlərlə bağlı siyasiləşdirmədən keçirilməsinin tərəfdarıyıq.

"Azərbaycan-Qarabağ münaqişəsinin həllinin siyasi məsələlərinə gəlincə, xatırladaq ki, Artsax beynəlxalq səviyyədə tanınmış və təsdiq edilmiş formatda beynəlxalq təşkilatların iştirakı ilə keçirilməli olan münaqişənin hərtərəfli həllinə yönəlmiş, tərəflərin bərabərliyinə və üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə təminat verən danışıqlara sadiqdir”- üzdəniraq xəbərdə belə deyilir.
Kateqoriyalar: Canlı debat