Videonun müddəti: 46:18 Baxış: 214 Əlavə edilib: 2023.03.13
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndidə sığınacaqlar qurulur, Putin Paşinyanla TƏCİLİ nələr danışdı? Detallar CANLI-da...

Qarabağa Ermənistandan silah daşınmasından sonra Xankəndidə aktivlik başlayıb. Qondarma rejimin “təhlükəsizlik şurası”nın təcili “iclas”ından sonra bu gün “dövlət naziri” Qurgen Nersisyan bütün “mülki müdafiə xidmətləri” və “rayon başçılarının toplantısını” təşkil edib.

Nersisyan görüş zamanı mülki müdafiə üçün qısamüddətli və uzunmüddətli fəaliyyət planının hazırlanması gərəkdiyini bildirib. Üstəlik, sığınacaqların vəziyyəti haqqında hesabatı dinləyib və daha sonra yerli əhalinin köməyi təcili görülməli olacaq işlərin siyahısını təqdim edib.

Bununla belə, separatçıların “rəhbər” şəxsi “mülki müdafiə işçilərinin” niyə təcili toplanılmasına aydınlıq gətirməyib. Qeyd edək ki, bundan öncə Ermənistandan Rusiya sülhməramlıları vasitəsilə Xankəndinə növbəti silah daşınmasının görüntüsü yayılıb.
Azərbaycan tərəfi görüntünü yaydıqdan sonra prosesi kəskin şəkildə tənqid edib və özünün təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcəyini açıqlayıb. Bakının bu bəyanatından az sonra qondarma rejimin “rəhbərliyi” “təhlükəsizlik şurası”nın iclasını çağırıb.

Ermənistan Baş naziri Nikol Paşinyan sabah mətbuat konfransı keçirəcək. “Aykakan Jamanak” qəzeti yayıb. Görüşə bu dəfə əvvəlkilərdən daha çox KİV nümayəndəsinin çağırılacağı bildirilib. Qeyd edək ki, adətən Paşinyanın mətbuat konfransları iddialı açıqlamalarla yadda qalır. O bu platformanı xüsusilə Bakı ilə aparılan danışıqların detallarını açmaq və ictimaiyyət daxilində öz təbliğatını aparmaq üçün istifadə edir. Erməni baş nazirin bu dəfə iddialı açıqlamalar verəcəyi, hətta Qarabağın reinteqrasiya məsələsinə toxunacağını ehtimal etmək olar.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.
Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış bəyanatların kompleks şəkildə həyata keçirilməsinin praktiki aspektləri müzakirə olunub. Bundan başqa, tərəflər Ermənistan ilə Azərbaycan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, sülh müqaviləsinin hazırlanması məsələsini də müzakirə ediblər.
Kateqoriyalar: Həftə içi