Videonun müddəti: 1:12:33 Baxış: 160 Əlavə edilib: 2023.03.13
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndindəki separatçılar arasında DAVA başladl - Arutunyanı DEVİRİRLƏR - Fuad Abbasovla "Canlı"

Artıq heç kimə sirr deyil ki, Putinin aşbazı kimi tanınan “Vaqner”-in başçısı Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi arasında kəskin ziddiyyət, qarşıdurma var. Tərəflər, xüsusilə də Priqojin bunu gizlətmir və zaman-zaman nazir Sergey Şoyqudan, Baş Qərargah rəisi Valeri Gerasimovdan tutmuş ayrı-ayrı generallara qədər ordu rəhbərliyini təhqir və təhdid edir.

Hazırda bu qarşıdurma az qala ölüm-dirim savaşı səviyyəsinə qalxıb və Baxmut ətrafında baş verənlər bunun əyani sübutudur. Belə ki, Priqojin ordu rəhbərliyini “Vaqner”-ə bilərəkdən silah-sursat, mərmi verməməkdə ittiham edir və hətta “Vaqner”i cəbhədən çəkəcəyilə hədələyir.

Ordu rəhbərliyi isə Priqojinin haray-həşirinə reaksiya vermir. Hələ bu da azmış kimi, “Vaqner”-in həbsxanalardan məhbus toplamasına qadağa qoyulub. Priqojin isə son günlər onun telefonlarının ordu və ölkə rəhbərliyinə çıxışının belə bloklandığını bəyan edib. Yəni, “Vaqner” rəhbəri sözün əsl mənasında hər tərəfdən “vurulur” və hələlik Putinin onu müdafiə etməsini göstərən heç bir əlamət yoxdur.

Nələr gözlənilir? Putinin generalları ondan necə qisas alacaqlar? Hansı formada üsyan, çevriliş etmələri planlaşdırılır?
Kateqoriyalar: Canlı debat