Videonun müddəti: 48:05 Baxış: 147 Əlavə edilib: 2023.03.12
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Rusiya Moldovada hökuməti devirməyi planlaşdırır – Əziz Əlibəyli ilə “Canlı debat”

TƏCİLİ: Rusiya Moldovada hökuməti devirməyi planlaşdırır – Əziz Əlibəyli ilə “Canlı debat”

Son günlər Kişinyovu silkələyən hökumət əleyhinə mitinqlər Rusiyanın Kremlə sadiq yerli Şor partiyası tərəfindən həyata keçirilən planının bir hissəsidir.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Onun sözlərinə görə, etirazların son məqsədi ölkənin qanuni hakimiyyətini devirməkdir.
“Moldova Avropaya inteqrasiyanı davam etdirdiyi bir vaxtda Rusiya hökuməti onu zəiflətməyə çalışır. Onların məqsədi mülki əhali ilə polis arasında süni şəkildə toqquşmalara səbəb olmaq və dövlət çevrilişinə zəmin yaratmaqdır”, - deyə Kirbi bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru qeyd edib ki, Rusiya Moldovada yeni etirazlar planlaşdırır.
O əlavə edib ki, Kreml Maya Sandu hökumətinin əvəzinə Moldovanın başına rusiyayönlü administrasiyanı qoymaq istəyir.
Prezident Co Bayden administrasiyası da hesab edir ki, Moskva Moldova daxilində qeyri-sabitlik barədə dezinformasiya yaymağa çalışır.
Onlar Rusiya Müdafiə Nazirliyinin Ukraynanın Dnestryanı işğal etməyi planlaşdırdığı barədə bəyanatını hesab edirlər.
Kateqoriyalar: Canlı debat