Videonun müddəti: 59:40 Baxış: 143 Əlavə edilib: 2023.03.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Bakının mərkəzində silahlı ATIŞMA: yaralılar var, hadisə yerindən CANLI

Bakıda atışma olub. Hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb. Baş verən silahlı insident zamanı bir nəfər güllənərək öldürülüb, 3 nəfər yaralanıb.
Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb. Qeyd edilib ki, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident seçkilərinin tarixi ilə bağlı qərar imzalayıb. Bu barədə “Anadolu” məlumat yayıb. Qərara əsasən, Türkiyədə Prezident seçkiləri mayın 14-də keçiriləcək.

6 fevralda ard-arda baş verən zəlzələlər seçki mövzusunu ikinci plana saldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Əsrin fəlakəti olaraq adlandırdığımız bu fəlakət 11 şəhərimizdə ürəklərimizi dağlayan can və mülk itkisinə səbəb oldu. Fəlakətin böyüklüyü, üstəlik hava şəraitinin ağırlığı bizi çətinliyə salsa da, dövlət olaraq, insanlarımızın köməyinə çatdıq. Bu fəlakətdə 47 mindən çox vətəndaşımız həyatını itirdi, 115 mindən çox vətəndaşımız isə yaralı olaraq qurtarıldı. Mən vəfat edən vətəndaşlarımıza bir daha Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm”, – Ərdoğan qeyd edib.

Prezident fəlakətin ilk günündən dövlət və millət olaraq bütün güclərini birləşdirib zəlzələdən əziyyət çəkənlərin yanında olduğunu qeyd edib:

“Dövlət nümayəndəlikləri, nazirliklər, bələdiyyələr, könüllülər, həmçinin dost ölkələrdən yardıma gələn qardaşlarımızla ilk gündən ancaq zəlzələ və onun fəsadları ilə məşğul olduq”.
Kateqoriyalar: Həftə içi