Videonun müddəti: 1:04:44 Baxış: 152 Əlavə edilib: 2023.03. 8
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Azərbaycan Rusiyaya sonuncu xəbərdarlıq etdi, NÖVBƏTİ ADDIM... – Tural Abbaslı ilə “Canlı debat”

Qarabağdakı qanunsuz erməni birləşmələrinin hərbi karvanının rus sülhməramlılarının müşayiəti altında hərəkət etməsinə dair video yayılıb.

Bu barədə “Caliber” nəşrinin yayımladığı 03.07.2023-cü il tarixili video və foto materiallarda rus sülhməramlılarının müşayiəti altında Ermənistana məxsus hərbi karvanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti əks olunub.

Nəşrin əldə etdiyi məlumata görə, kolonun əvvəlində Rusiya sülhməramlı kontingentinin 2 “UAZ Patriot” maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus bir ədəd çadırlı “Ural” və su çəni olan bir ədəd “KamAZ”, sonda isə BTR-82A hərəkət edir.
Hərbi kolonla qanunsuz erməni silahlı birləşmələrinin postlarına ərzaq, su və sursat daşındığı bildirilib.

Azərbaycan Müdafiə Nazirliyi isə dünən növbəti dəfə Rusiya və Ermənistana xəbərdarlıq edib. Növbəti addım nə olacaq?
Kateqoriyalar: Canlı debat