Videonun müddəti: 45:36 Baxış: 179 Əlavə edilib: 2023.03. 8
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndidən yeni ŞOK görüntü: ruslar İFŞA oldu, Vardanyan isə... CANLI

Bu gün (7 mart 20203-cü il) günorta saatlarında ermənilərin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edən hərbi kolonunun görüntüləri yayılıb.

Caliber.az-ın əldə etdiyi görüntülərdə qanunsuz erməni silahlılarının kolonunun Rusiya sülhməramlı kontingentin müşayiəti ilə hərəkət etdiyi açıq-aşkar üzə çıxır.

Kolonun önündə rus sülhməramlıların 2 ədəd “UAZ Patriot” maşını hərəkət edir, onun ardınca qanunsuz erməni silahlılara məxsus üstü çadırla bağlanmış yük maşını, “Kamaz” su maşını, arxada isə Rusiya bayrağı ilə BTR-82A zirehli texnikası gəlir.

Qarabağda qanunsuz yerləşən rusiyalı oliqarx Ruben Vardanyan “vəzifəsindən” azad edilsə də, qısa zamanda aktiv “ictimai” fəaliyyətə başlayıb. O, Qarabağ erməniləri üçün bir neçə istiqamətdə yeni layihələr elan edib, Xankəndidə “Bizim dağlar” mərkəzini açıb.
Kateqoriyalar: Həftə içi