Videonun müddəti: 46:15 Baxış: 176 Əlavə edilib: 2023.03. 6
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Müdafiə Nazirliyindən sülhməramlılara sərt XƏBƏRDARLIQ, Xankəndi ətrafında ƏMƏLİYYAT... CANLI

Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.

Bu barədə Musavat.com-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. "Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur.

Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti sürətdə yolverilməzdir.

Xatırladırıq ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur", - MN-dən bildirilib. Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir - Müdafiə Nazirliyindən bildirilib.
Laçın yolu ərazisində məhv edilən erməni təxribatçılarının adları bəlli olub. Onlar qondarma rejimin qonradma 3 polis əməkdaşlarıdır. Erməni kanalları onların adlarını dərc edib: "polkovnik-leytenant" Armen Babayan, "mayor" David Danielyan, "leytenant" Ararat Qasparyan.

Qondarma artsax "Daxili İşlər Nazirliyi" xəbər verir ki, "leytenant" David Hovsepyan güllə yarası alıb və Xankəndidə həkimlərin nəzarəti altındadır. Musavat.com bildirir ki, bu adamların hər biri bizim ərazilərimidəki qanunsuz silahlı quldurlardır. Bu səbəbdən onların sıradan çıxarılması tam legitim addımdır.
Kateqoriyalar: Həftə içi