Videonun müddəti: 1:08:43 Baxış: 158 Əlavə edilib: 2023.03. 6
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putinin generalı Kremli TƏHDİD ETDİ: "Biz çəkilsək, Ukrayna Ordusu Rusiya sərhədini keçəcək..."

Belə görünür ki, "Vaqner" özəl hərbi şirkətinin sahibi Yevqeni Priqojinin Rusiya Müdafiə Nazirliyi və Baş Qərargahı ilə qarşıdurması artıq bu qurumların hüdudlarını aşaraq, Kremlə qədər uzanmağa başlayıb. İndiyə qədər dəfələrlə nazir Sergey Şoyqu və Baş Qərargah rəisi, general Valeri Gerasimovu açıq təhqir və təhdid edən Priqojin son videomüraciətində Kremli də təhdid edib.
"Vaqner"-ə aid "telegram" kanalında yayımlanan yeni videomüraciətində Priqojin Ordu rəhbərliyini "Vaqner"-ə bilərəkdən silah-sursat, mərmi verməməkdə günahlandıraraq, əlavə edib ki, "Vaqner" olmasa, cəbhə çökəcək və Ukrayna Ordusu rus qoşunlarını Rusiya sərhədlərinə qədər, "hətta daha uzağa" qovacaq: "Əgər "Vaqner" indi geri çəkilsə, bu cür situasiya baş verəcək: məlum məsələdir ki, cəbhə xətti Rusiya sərhədinə, hətta daha uzağa qədər çökəcək. Ümumiyyətlə, vəziyyət Rusiyanın maraqlarını qoruyan bütün hərbi birləşmələr üçün şirin olmayacaq".
O, deyib ki, "Vaqner" çəkiləcəyi təqdirdə cəbhə yay kimi gəriləcək və Ukrayna Ordusu sürətli əks-hücuma keçəcək: "Ukrayna Ordusu sol, sağ cinahlardan və mərkəzdən irəliləyərək, "lxr"-i, Luqanskı silərək, Rusiya sərhədinə çıxacaq. Ordu vəziyyəti stabilləşdirmək istəsə də, cinahlar çökəcək. Ardınca, Krım yeniləcək və başqa kataklizmlər olacaq..."
Priqojin deyib ki, hakimiyyət onun özəl hərbi şirkətini cəbhədə vəziyyət ağırlaşanda köməyə çağırıb. İndi isə o, geri çəkilsə, məğlubiyyətə görə məsuliyyəti onun üzərinə atacaqlar və belə bir fikir formalaşacaq ki, guya "Vaqner" pula, yaxud özünün başqa maraqlarına görə rəhbərliklə razılaşmayıb, ona görə də geri çəkilərək, məğlubiyyətə səbəb olub.
Kateqoriyalar: Canlı debat