Videonun müddəti: 51:54 Baxış: 158 Əlavə edilib: 2023.02.28
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Zelenski Putinin sonunu AÇIQLADI: Ətrafındakılar onu öldürəcək! CANLI

“Putin hökuməti “kövrəkdir” və Rusiya xalqı “qatili öldürmək” üçün bir səbəb tapacaq”. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya təcavüzünün birinci ildönümü üçün hazırlanan “İl” adlı videomüraciətində deyib.

Zelenski Rusiya Prezidenti Vladimir Putinin bir gün öz yaxın çevrəsi tərəfindən öldürüləcəyini iddia edib. “Yırtıcı heyvan digər yırtıcı heayvanlar tərəfindən yeyiləcək. Nə vaxt olacaq? Bilmirəm. Amma bir gün olacaq. Onlar bir səbəb tapacaqlar” - deyə, Zelenski bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan Baş naziri Nikol Paşinyanın “Rusiyanın Ermənistanda hərbi mövcudluğu Ermənistanın təhlükəsizliyinə təhdiddir” bəyanatına münasibət bildirib.

Lavrov Azərbaycan XİN rəhbəri Bakıdakı mətbuat konfransında Paşinyandan gətirilən sitata Aİ-nin monitorinq missiyası ilə bağlı suala cavabından sitat gətirməyi jurnalistə tövsiyə edib. Rusiya XİN başçısı Paşinyanın məlum bəyanatını bütünlüklə Ermənistan rəhbərinin vicdanına buraxdığını qeyd edib.

Rusiya Melitopol şəhərinə xeyli sayda canlı qüvvə, hərbi texnika və hava hücumundan müdafiə sistemləri yerləşdirir. Melitopol meri İvan Fyodorov məlumat verib.
“Melitopol tamamilə hərbi bazaya çevrilib. Onlar yaşayış komplekslərinin arasındakı peşə-texniki məktəbinin bazasında, keçmiş trikotaj fabrikinin ərazisində yerləşdirilib”, - Fyodorov bildirib. Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemlərini yaşayış evlərinin yanına quraşdırıb.

Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata - 9-10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

“Bu isə o deməkdir ki, Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir.

Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır.

Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Biz bu gün buna toxunduq. Texniki detallar əhəmiyyətinə görə ikinci dərəcəlidir”, - Rusiya XİN başçısı qeyd edib.
TVMusavat-ın “Həftə içi” verilişində AĞ Partiya başqanının müavini Cavanşir Abbaslı ilə Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə gündəmi dartışırlar.
Kateqoriyalar: Həftə içi