Videonun müddəti: 1:24:48 Baxış: 278 Əlavə edilib: 2023.02.28
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İrəvan müharibəyə hazırlanır – Lavrov Bakıya bu mesajı verdi? – Vahid Əhmədovla “Canlı debat”

Rusiyanın xarici işlər naziri Lavrov iki günlük (27-28 fevral) rəsmi səfərlə Bakıdadır. Lavrovun Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edən çox mühüm bir detalı ehtiva edir: Bakıdan sonra rusiyalı nazir əvvəllər olduğu kimi, Cənubi Qafqazda formal tarazlığı saxlamaq üçün İrəvana yox, Moskvaya qayıdacaq. Hətta Rusiya XİN rəhbərinin yaxın gələcəkdə Ermənistana səfərinin mümkünlüyü barədə də məlumat yoxdur.

Bunu rusiyalı analitik Andrey Petrov deyib.

“Rusiyanın Cənubi Qafqaz siyasəti kontekstində bu nə deməkdir? Erməni təxribatı nəticəsində üçtərəfli format ikitərəfli formata çevrildiyindən Lavrovun səfəri həm də ötən ilin dekabrından sonra Ermənistan-Azərbaycan nizamlanması üzrə qarşılıqlı Bakı görüşü kimi dəyərləndirilməlidir. Rusiya Cənubi Qafqazda stabilləşmədə maraqlıdır və bununla maraqlanan bütün regional oyunçularla danışıqlar aparacaq. Əgər Bakıya sülh lazımdır, İrəvana isə lazım deyilsə, o zaman Moskva əvvəlcə bu sülhün parametrlərini Azərbaycan hakimiyyəti ilə razılaşdıracaq, bundan sonra Ermənistan rəhbərliyinə onun olmadığı halda razılaşdırılmış fəaliyyət planını təqdim edəcək. Üçtərəfli görüşün pozulması Rusiyanın Ermənistana qarşı səbir kasasında son damla oldu. O gündən etibarən iki ölkə arasında siyasi təmaslar gərginlikdədir. Paşinyanın komandası özünün yeni kəşf etdiyi Qərb himayədarlarının antirusiya göstərişlərini həyata keçirməyə başlayana qədər Moskva İrəvanın AB ilə flört etməsinə icazə verməyə hazır idi. Lakin Mirzoyanın Moskva-Bakı-İrəvan görüşündən imtinası qarşıdurmaya çevrildi. Ermənistan Rusiya formatında danışıqlar aparmaq istəmədiyini açıqladı. Paşinyanın komandası ya öz mövqeyini tapa bilmədi, ya da Qərbə istiqamətlənmiş kursa sadiq qalmağa qərar verdi. Lakin son iki ay ərzində Rusiya ilə hansısa formada əlaqələr qurmaq üçün addım atmadı. Bütün bunların fonunda Lavrovun Bakıya gəlib İrəvana məhəl qoymamasına təəccüblənməyə dəyməz”, - o bildirib.

Petrov qeyd edib ki, Rusiya əməkdaşlığa can atan ölkələrlə əməkdaşlıq edir və Qərbin düşərgəsinə keçmək istəyən oyunçulara zəhmət sərf etməməyə üstünlük verir.
Kateqoriyalar: Canlı debat