Videonun müddəti: 46:31 Baxış: 168 Əlavə edilib: 2023.02.27
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Lavrov Putinin planını açıqladı: Rusiya ən böyük əməliyyata BAŞLAYIR - CANLI

Yaxın vaxtlarda Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyasının yenilənmiş variantı Prezident tərəfindən təsdiqlənməlidir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ərazi qurumlarının rəhbərləri - Rusiya Xarici İşlər Nazirliyinin subyektlərindəki nümayəndələri ilə görüşündə bildirib. O, Rusiya Federasiyasının müstəqil xarici siyasət kursunu həyata keçirməyə davam edəcəyini söyləyib.

Rusiya Ukrayna ilə sərhəd yaxınlığına hücum təyyarələri toplayır. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak məlumat yayıb.
Çernyak Rusiyanın həmin qırıcılardan strateji ərazilərin işğalı üçün başlayacaq əməliyyatda istifadə edəcəyini bildirib.

Krımın Ukraynaya qaytarılması mümkün deyil. Kremlin mətbuat katibi Dmitri Peskov belə bildirib. O, Krım yarımadasının Rusiyanın ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb.

Əlavə edib ki, Rusiya Moldovanın Dnestryanı regionundakı vəziyyətdən narahatdır. O, Kremlin Dnestryanıdakı vəziyyəti diqqətlə izlədiyini və bundan narahat olduğunu söyləyib.
Kateqoriyalar: Xəbər