Videonun müddəti: 1:08:56 Baxış: 122 Əlavə edilib: 2023.02.27
Pinterest
LinkedIn
WhatsApp
Telegram

ŞOK GƏLİŞMƏ: Belarus da Ukraynaya qarşı müharibəyə BAŞLAYIR - "Canlı debat"

Belarusun “Maçulşçi” hərbi hava bazasında partlayışlar baş verib. Teleqram kanallarında partlayışın səbəbi kimi Ukrayna ordusunun hücumu göstərilir.
İddialara görə, Rusiya təyyarələrinin olduğu bazaya Ukrayna PUA hücumu təşkil edib.

“Hücum ümumilikdə 6 PUA ilə edilib. Onlardan biri hərbi bazanı vura bilib. Baş verən yanğın nəticəsində Rusiya təyyarələri ciddi zərər görüb. PUA-lardan biri isə Belarus ordusunun təyyarəsinə raket zərbəsi endirə bilib”, - Belarusun “Obraz buduşeqo” teleqram kanalı iddia edir.

Kremlin təbliğatçı “varqonzo” kanalı da Minsk yaxınlığındakı partlayışların olduğunu iddia edib. Belaruslu jurnalist Anton Motolko isə “Maçulişçi” hərbi hava bazasında partlayışların eşidildiyini yazır.

Bu məlumatların rəsmi təsdiqi olmasa da, Belarus mənbələr prezident Aleksandr Lukaşenkonun Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlayacağını yazır. İddialara görə, müzakirələrdən sonra Belarus Ukraynaya müharibə elan edə bilər.

Qeyd edək ki, Belarusun Ukrayna müharibəsinə qoşulmasını ən çox Rusiya istəyir və Belarus ərazisinə mümkün zərbələrin endirilməsi bu prosesi sürətləndirə bilər.
Kateqoriyalar: Canlı debat