Videonun müddəti: 45:56 Baxış: 152 Əlavə edilib: 2023.02.26
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İki prezident Zelenskiyə sülh üçün təzyiqə BAŞLADI – Rizvan Hüseynovla “Canlı debat”

Ukrayna Prezidenti Vladimir Zelenskinin bu ay Avropaya səfəri zamanı Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Parisdə üçtərəfli görüşdə onu Rusiya ilə sülh danışıqlarına başlamağa inandırmağa çalışıblar. bu barədə "Voll Strit Jurnal" bildirib.

“Yelisey sarayında şam yeməyi zamanı Makron Zelenskiyə Fransa və Almaniya kimi ölümcül düşmənlərin belə II Dünya müharibəsindən sonra sülh bağlamağa məcbur olduğunu söyləyib”, - deyə mənbələr bildiriblər.

Həmçinin, Fransa lideri Zelenskini inandırmağa çalışıb ki, o, sonda hərbi lider rolundan imtina edib siyasi qərarlara keçməli olacaq.

Daha sonra Münhen Təhlükəsizlik Konfransında çıxış edən Makron açıq şəkildə müharibənin nəticəsinin döyüş meydanında həll olunacağına şübhə etdiyini bildirib.
"İndi bizə lazım olan odur ki, Ukrayna danışıqlara qayıtmağa yol açmaq üçün Rusiya cəbhəsini geri çəkilməyə məcbur edən hərbi hücuma keçsin".

Nələr baş verir? Sülh üçün son addılar artıq atılırmı? Zelenski bu təzyiqə boyun əyəcəkmi?
Kateqoriyalar: Canlı debat