Videonun müddəti: 45:27 Baxış: 150 Əlavə edilib: 2023.02.26
Pinterest
LinkedIn
WhatsApp
Telegram

ABŞ kəşfiyyatından TƏCİLİ: Çin də Ukrayna savaşına qoşulur, PUA-lar, artilleriya... CANLI

Rusiya Prezidenti Vladimir Putinlə danışılacaq nə isə qalmayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib. “İndi biz danışa bilmərik. Bizimlə danışacaq insan Putin deyil”, - deyə o bildirib.

Zelenski həmçinin taxıl təşəbbüsü və “Azovstal” müdafiəçilərinin Türkiyədə yerləşdirilməsinə görə Prezident Rəcəb Tayyib Ərdoğana da təşəkkürünü çatdırıb.

Çin Rusiyaya PUA, artilleriya sistemləri və döyüş sursatları verə bilər. ABŞ kəşfiyyatı məlumat yayıb. Qeyd olunub ki, hazırkı mərhələdə 100 PUA-nın Rusiyaya tədarükü ilə bağlı danışıqlar aparılır.
Fevralın 15-dən bəri Rusiyanın Ukraynada İranın birtərəfli hücum hava aparatlarından (PUA) istifadə etməsi ilə bağlı heç bir məlumat verilməyib. Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub.

Kəşfiyyat Xidməti bildirib ki, Ukrayna Silahlı Qüvvələri 2023-cü il yanvarın sonu və fevralın əvvəlləri arasında müddətdə ən azı 24 Şahed-136 PUA-nın vurub. "PUA-lardan istifadənin olmaması, ehtimal ki, Rusiyanın hazırkı ehtiyatının tükəndiyini göstərir. Rusiya yəqin ki, tədarük axtaracaq", Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti bildirir.

Məlumatda qeyd olunur ki, bu silahlar nəzərdə tutulan hədəfləri məhv etməkdə tam uğurlu olmasa da, Rusiya çox güman ki, onları Ukraynanın hava hücumundan müdafiəsini daha effektiv Rusiya qanadlı raketlərindən yayındıra biləcək faydalı vasitələr kimi istifadə edir.
Kateqoriyalar: Gündəm