Videonun müddəti: 1:08:34 Baxış: 165 Əlavə edilib: 2023.02.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Rusiya Çerniqov və Moldovada təxribat törədəcək - Natiq Cəfərli ilə "Canlı debat"

Rusiyanın bir sıra şəhərlərində Ukraynaya dəstək aksiyaları keçirilir. Məlumatı BBC yayıb.

Bildirilib ki, Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən aksiya iştirakçıları Ukraynanın dağıdılan şəhərlərinin fotolarını və müharibə əleyhinə tabloları nümayiş etdirirlər. Bundan əlavə, Tomsk şəhərində Ukrayna ilə həmrəylik tədbiri həyata keçirilib. Yerli hakimiyyət şəhər sakinlərinin etiraz aksiyası keçirəcəyini əvvəlcədən bildiyindən ərazilərə əlavə polis qüvvələri cəlb edib.

Məlumata görə, Xabarovskda müharibənin ildönümündə keçirilən piketə çıxan fəallardan biri saxlanılıb. Bundan başqa Vladivostokda "Döyüşməyin!" şüarı yazılan plakatı əlində tutmuş aksiya iştirakçısı tutulub.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən ilin fevralın 24-də başlayıb. Bu gün iki ölkə arasındakı müharibənin başlamasından bir il ötür.
Kateqoriyalar: Canlı debat