Videonun müddəti: 1:05:52 Baxış: 163 Əlavə edilib: 2023.02.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Zelenski NÖQTƏ qoydu! Krım azad edilmədən... Qabil Hüseynli ilə savaşın 1 ilinin detalları – CANLI

“Yalnız Krımın işğaldan azad edilməsi Ukrayna və Avropada sülhün bərqərar olmasına kömək edəcək”. Ukrayna prezidenti Volodimir Zelenski “BBC”yə verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, Ukrayna Krımı qaytarana qədər bütün planetdə sülh olmayacaq. O, həmçinin qeyd edib ki, müharibəni dayandırmaq üçün hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dünya səviyyəsində dəstəkləmək lazımdır.

Rusiya Müdafiə Nazirliyi Ukraynanı Dnestryanına hücum hazırlığında ittiham edib. Rusiya MN-dən bildirilib ki, Kiyev rejimi Dnestryanını işğalı ilə bağlı təxribat hazırlığını gücləndirib. MN-dən o d bildirilib ki, hazırda Ukrayna-Dnestryanı sərhədi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin və hərbi texnikasının əhəmiyyətli dərəcədə toplanması müşahidə olunur.

“Rusiya Federasiyasının silahlı qüvvələri Ukrayna tərəfinin Dnestryanıda gözlənilən təxribatına adekvat cavab verəcək. Kiyev rejiminin Dnestryanıda planlaşdırdığı təxribatın həyata keçirilməsi Rusiya sülhməramlı kontingenti üçün təhlükə yaradır”, deyə Rusiya MN-nin yaydığı məlumatda qeyd olunub.
Kateqoriyalar: Həftə içi