Videonun müddəti: 1:04:11 Baxış: 225 Əlavə edilib: 2023.02.23
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ukrayna kəşfiyyat rəisindən SON DƏQİQƏ: Ruslar bu gün və sabah... - Politoloqla CANLI

Rusiya ordusu bu gün və sabah kiçikmiqyaslı raket hücumu planlaşdırır lakin, qeyri-adi heç nə baş verməyəcək. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Ukrainskaya Pravda“ya müsahibəsində deyib.

Budanov qeyd edib ki, bu günlərdə xüsusi nə isə gözləmək lazım deyil və Rusiya ordusu əvvəllər də olduğu kimi, növbəti raket zərbəsi endirəcək.

ABŞ administrasiyası Ukrayna hakimiyyətinə xəbərdarlıq edib ki, Vaşinqtonun Kiyevi dəstəkləmək üçün resursları tükənməz deyil. “Röyters” gizli mənbəyə istinadən məlumat yayıb.

Agentlik amerikalı rəsmiyə istinadən qeyd edib ki, administrasiya Ukrayna hökumətinə ABŞ-ın resurslarının sonsuz olmadığını bildirib: “Hamı başa düşür ki, bu, nə vaxtsa dayanmalıdır. Biz hamımız istərdik ki, bu, mümkün qədər tez bitsin”.
Kateqoriyalar: Həftə içi