Videonun müddəti: 1:09:35 Baxış: 231 Əlavə edilib: 2023.02.22
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putinin Belarusla bağlı gizli sənədi ÜZƏ ÇIXDI – Lukaşenkonu necə “udacaq!?– Tural Abbaslı CANLIda

Rusiyanın “Dosye” mərkəzi və ABŞ və Avropanın daha 11 media qurumu Kremlin 2030-u ilədək Belarusun Rusiyaya inteqrasiyası strategiyasına dair sənəd əldə ediblər.
Bunların arasında "Süddeutsche Zeitung", WDR, NDR, "Yahoo News", "Delfi Eesti", "Expressen", "lndependent", "Frontstory"və başqa mediaların jurnalistləri də var.
Kremlə məxsusluğu iddia edilən sənəd “Rusiya Federasiyasının Belarus istiqamətində strateji məqsədləri” adlanır.


İddia edildiyinə görə, bu sənədin hazırlanmasında Rusiya Xarici Kəşfiyyat Xidməti, Federal Təhlükəsizlik Xidməti (FTX) və Rusiya silahlı qüvvələrinin Baş Qərargahı iştirak ediblər.


Qeyd olunur ki, Belarusa dair planlar 2021-ci ildən qurulur və Rusiyanın Ukraynaya müdaxiləsi bu planın perspektivlərini dəyişməyib.


Bu strategiyaya görə Kreml 2030-cu ilədək Belarus Konstitusiyasının islahatını başa çatdırmalıdır. İslahat konstitusiyada Rusiya maraqlarının nəzərə alınmasını, rus dilinin belorus dilindən üstünlüyünü və beloruslara Rusiya pasportlarının verilməsi prosedurunun sadələşdirilməsini təmin etməlidir.


Bu və gündəmdəki digər xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Canlı debat