Videonun müddəti: 57:10 Baxış: 147 Əlavə edilib: 2023.02.22
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Ermənilər Naxçıvanı, Şuşanı və daha 3 rayonu ATƏŞƏ tutdu - savaş qapıda? CANLI

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Fevralın 23-də baş separatçı brifinq keçirəcək. Məlumat var ki, elə həmin gün Arayik Arutyunyan Vardanyanı dövlət naziri vəzifəsindən azad edəcək, əvəzinə o, adı hallanan baş prokuror Qurgen Nersisyanı təyin edəcək. Qurgenin "Soros"-çularla yaxın əlaqəsinin olduğu bildirilir. Vardanyan isə Qarabağı tərk etmək fikrində deyil”, - Bu barədə "Hrapark" qəzeti yazır.

Bu və gündəmdəki digər mövzuları aparıcı Emil Salamoğlu siyasi ekspert Vaqif Hüseynlə birgə müzakirə edir.
Kateqoriyalar: Gündəm