Videonun müddəti: 57:57 Baxış: 236 Əlavə edilib: 2023.02.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Vaqnerçilərlə generalların qırğını BAŞLADI - Hərbi analitiklə CANLI

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Qarabağdakı separat hərəkatıın başlamasının 35 illiyini “təbrik” erib. Belə ki, o, müraciət yayaraq, 1988-ci il fevralın 20-də başlayan separatçılıq hərəkatını “Ermənistan tarixində milli oyanış, birlik və azadlıq mübarizəsinin simvolu kimi qalacaq” kimi təqdim edib.

“Hərəkat dövlətçiliyimizin bərpası yolunda atılan ilk addım idi ki, bununla da biz azad və müstəqil yaşamaq, taleyimizi qurmaq, gələcəyimizi idarə etmək əzmini bərpa etdik. Qarabağ hərəkatı Qarabağ xalqının öz hüquqlarını müdafiə etmək və öz torpaqlarında layiqli həyat sürmək hüququnu və iradəsini ifadə etməli idi”.

Paşinyan daha sonra iddia edib ki, 35 ildən sonra da Qarabağ erməniləri ciddi sınaqlarla üz-üzədir. O, hazırkı vəziyyətdə Qarabağda yaşayan ermənilərin guya, “mühasirədə” olduğunu bildirib.

“Bu gün də mühasirədə olan soydaşlarımız öz hüquqlarını və təhlükəsizliyini qorumaq üçün öz iradələrini ifadə etməyə məcburdurlar. Dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanın bu hərəkətlərinin bir məqsədi var: Qarabağ xalqının öz vətənində yaşamaq iradəsini qırmaq. Amma əminəm ki, bu, sarsılmazdır”.

Ermənistanın baş naziri hazırda Laçın dəhlizi və ermənilərin humanitar problemlərini həll etmək üçün beynəlxalq təşkilatlarla ciddi şəkildə işlədiklərini də dilə gətirib. O deyib ki, yalnız həmin təşkilatlar vasitəsi ilə yolun açılmasına nail olmaq mümkündür.
“Eyni zamanda, biz Qarabağ ermənilərinin sosial-iqtisadi problemlərinin həllinə, təhlükəsizlik çağırışlarının aradan qaldırılmasına, onların hüquq və təhlükəsizliyinin qorunması mexanizmlərinin formalaşdırılmasına yönəlmiş ardıcıl addımlarımızı davam etdirəcəyik. Bu məqsədlərin həyata keçirilməsi fasiləsiz çalışma tələb edir və biz bu işdə əzmkar olmalıyıq”.

Paşinyan sonda müraciətində Qarabağ ermənilərinə “ Artsax vətəndaşları” deyə xitab edib. Daha sonra qeyd edib ki, “dinc, təhlükəsiz yaşamaq, quruculuq naminə möhkəm və sarsılmaz olun”.

“Yeni qlobal və regional çağırışlarla üzləşərək, bu yolda bizi gözləyən fəsadları və problemləri anladığımız qədər, səylərimizi sülh gündəliyinin həyata keçirilməsinə yönəltməliyik. Ümumiyyətlə, dinc, ləyaqətli və təhlükəsiz həyat Qarabağ hərəkatının əsas məqsədi olub və biz bu məqsədə doğru irəliləməliyik”.

TVMusavat-ın canlı efirində, “Həftə içi”nin qonağı Alp Aslan İmamqulu ilə Qarabağ və Ukrayna gündəmini müzakirə edirik. Müzakirədə tamaşaçılar da iştirak edə bilər.
Kateqoriyalar: Canlı debat