Videonun müddəti: 45:48 Baxış: 154 Əlavə edilib: 2023.02.19
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Mayda Rusiyanı bu FƏLAKƏT gözləyir – rusiyalı ekspert açıqladı – Natiq Cəfərli ilə “Canlı debat”

“Prezident Vladimir Putin hazırda bütün gücünü sərf edir ki, hücum üçün sonuncu imkandan istifadə etsin. Artıq 1 mayadək Ukraynanın əlində “qələbə silahları” olacaq, bu zaman Rusiya katastrofik məğlubiyyət yaşayacaq”.

Bunu rusiyalı publisist-politoloq Andrey Piontkovski Ukraynanın “Unian.net” portalına müsahibəsində deyib.

“1 mayadək Ukraynanın əlində tanklar, zirehli transpartyorlar, 160 kilometrədək atəş gücü olan artilleriya olacaq, hətta ola bilər ki, 320 kilometri vuran. Hazırda ATACMS raketləri ilə bağlı məsələ bir qədər kölgədə qalıb, çünki bu problem müəyyən qədər GLSDB raketləri ilə həll olunub, onlar Ukraynanın imkanlarını 160 kilometrdək genişləndirir. Moskvaya zərbə endirmək təhlükəsinə gəlincə, bu məsələ də Storm Şhadov raketlərilə həll ediləcək. Və aviasiya...” , - Piontkovsi əlavə edib.


Ekspert may ayında Rusiyanın böyük və fəlakətli məğlubiyyətini proqnozlaşdırır. Bu, Ukrayna ordusunun Melitopolu götürüb, Krımdakı rus qruplaşmasını mühasirəyə almasilə reallaşacaq. “Mən yanvarın 10-11-də bunkerdə baş vermiş çevrilişə çox böyük əhəmiyyət verirəm. Bu, Putinin hakimiyyətdə olduğu 23 il ərzində aparatda üzləşdiyi ilk məğlubiyyət idi. Putin üzərində qələbənin dadını hiss edən generallar isə bunkerdəki gücə münasibətlərini dəyişdilər. Mən əminəm ki, generalitet, peşəkarlar olaraq, ilk gündən bu avatüraya qarşı idi. İstənilən faşist rejimində generalitetlə fürer arasında konflikt qaçılmazdır. Kimsə başqasını günahkar elan edib, ona ölüm hökmü çıxarmalıdır. Onlar artıq başa düşürlər ki, o (Putin) onlarla nə etmək istəyirdi. O, onları Stalinin 41-ci ildə 50 generalı güllələməsi ssenarisi ilə aparırdı. Onlar bunu unutmamışdılar və əlverişli vəziyyətdə gedişatı əks istiqamətə dəyişə bildilər”.
Kateqoriyalar: Canlı debat