Videonun müddəti: 41:52 Baxış: 168 Əlavə edilib: 2023.02.19
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Gözlər Münhendə…RAZILAŞDI! Paşinyanla Əliyevin polemikası BAŞLAYIR - CANLI

Ermənistan Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazla bağlı panel diskussiyalarına qatılmaq razılığı verib.


Artıq bununla bağlı Münhen Təhlükəsizlik Konfransının rəsmi saytında da məlumat yerləşdirilib. Belə ki, panel diskussiyanın iştirakçıları sırasına Nikol Paşinyanın da adı əlavə edilib.


Qeyd edək ki, bu gün Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazdakı vəziyyətlə bağlı diskussiyalar aparılacaq. 45 dəqiqə davam edəcək müzakirə yerli vaxtla 19:30-da başlayacaq.


Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Baş naziri İrakli Qaribaşvili, ATƏT-in Baş katibi Helqa Şmidt iştirak edəcək. Üstəlik, Müzakirənin moderatorluğunu isə Münhen Təhlükəsizlik Konfransının prezidenti Kristof Xoysqen edəcək.


Avropa Birliyi gələn həftə Ermənistana 100 nəfərlik missiya göndərəcək. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra Tvitter hesabında yazıb.


"AB Ermənistan üçün etibarlı tərəfdaşdır. Gələn həftə sülh və sabitliyi təşviq etmək üçün Ermənistana 100 nəfərdən ibarət missiya göndəriləcək. Biz demokratik islahatlar üzrə əldə edilən irəliləyişi alqışlayırıq və iqtisadi investisiya planımızın bir hissəsi olaraq potensialı inkişaf etdirməyə davam edəcəyik”, - o bildirib.


TVMusavat-ın “Həftə içi” proqramında aparıcı Emil Salamoğlu Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə gündəmi müzakirə edir.
Kateqoriyalar: Gündəm