Videonun müddəti: 1:19:08 Baxış: 172 Əlavə edilib: 2023.02.17
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ukraynadan TƏCİLİ çağırış: BU şəhərdən dərhal çıxın! Amansız döyüşlər gedir...CANLI

Baxmut sakinləri dərhal təxliyə olunmalıdır. Ukrayna baş nazirinin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk deyib. “Mən Baxmutda olan mülki şəxslərə müraciət edirəm. Şəhərdə hələ də 6000 mülki şəxsin qalması təəccüblüdür. Mülki əhalinin olması hərbçilər, könüllülər və Milli Polis üçün əlavə problemlər və risklər yaradır. Əgər adekvat, qanuna tabe olan və vətənpərvər vətəndaşsınızsa, dərhal təxliyə olunmalısız”, - Vereşuk qeyd edib.

Bu arada, Paşinyan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə dair sənədi Türkiyə vasitəsilə Bakıya təhvil verib. Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib. O bildirib ki, sənəd Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın əli ilə Ankaraya verilib və ordan da Bakıya çatdırılıb. Qeyd edək ki, dünən İrəvan Bakı ilə sülh və münasibətlərin qurulması haqqında sazişin növbəti mərhələsi üzrə işləri başa çatdırıb və təklifləri Azərbaycana göndərib.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Ədalət Partiyasının sədr müavini, siyasi ekspert Elxan Şükürlü ilə gündəmdə olan prosesləri müzakirə edir.
Kateqoriyalar: Gündəm