Videonun müddəti: 55:54 Baxış: 150 Əlavə edilib: 2023.02.16
Pinterest
LinkedIn
WhatsApp
Telegram

FTX polkovnikindən ŞOK: Putinin itkiləri böyükdür, SƏFƏRBƏRLİYƏ gedir...CANLI

“Normal səfərbərlik keçirmək mümkün deyil. Yalnız oğurluq və rəhbərliyə yaltaqlıq etməyi (təhqiramiz ifadələr işlədir) bacardıqlarını dəfələrlə sübut etmiş insanlar başqa işlə məşğul olmayacaqlar.


İndiki reallıqlar çərçivəsində səfərbərlik yalnız vəziyyəti kəskin şəkildə daha da ağırlaşdıra bilər. Buna baxmayaraq, səfərbərlik olacaq. Çünki savaş davam edəcək, itkilər olacaq və insanlar lazım olacaq. Doğrusu, itkilərimiz böyükdür...”


Donbasdakı separatçı hərəkatın banilərindən biri, sabiq FTX polkovniki İqor Strelkov (Qirkin) Vladimir Putinin atacağı gözlənilən növbəti addımları şərh edərkən söyləyib.
Rusiya internet kanallarından birinə müsahibə verən Qirkin deyib ki, Rusiya indiki halı ilə Ukrayna üzərində qələbə çala bilməz: “İndiki rəhbərliyi, kadr heyəti və halı ilə Rusiya qalib gələ bilməyəcək. Heç bir tədbir görmədən, yanğını stəkanla söndürməklə qalib gəlmək olmayacaq. Rusiya yalnız hərbi əməliyyatları qeyri-müəyyən dövrə qədər uzada bilər”.




Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki müqavilə” partiyasının nümayəndələri ilə qapalı görüşdə Azərbaycan ilə sülh sazişinin mətnini müzakirə edib.
"Joqovurd" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Rəsmi məlumatda bildirilir ki, iclasda yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərlə bağlı məsələlər müzakirə olunub.


"Lakin görüşdə sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycanın son təklifləri də müzakirə edilib. Paşinyan və hakim partiyanın üzvləri arasında fikir mübadiləsi aparılıb”, - qəzet qeyd edir.
Kateqoriyalar: Həftə içi