Videonun müddəti: 56:12 Baxış: 151 Əlavə edilib: 2023.02.16
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ukraynadan İLK DƏFƏ! Bu raketlərlə Donetsk BOMBALANIR, qırğın gedir - CANLI

İndi demək olar ki, bütün Rusiya ordusu Ukraynaya qarşı müharibəyə cəlb olunub. Britaniyanın müdafiə naziri Ben Uolles deyib. O qeyd edib ki, buna baxmayaraq, Rusiya Ukraynanın müdafiəsini yarmaq üçün güc toplaya bilməyib: "Bu, Rusiya ordusuna baha başa gəlir. Fikrimcə, Rusiya ordusunun 97%-i artıq Ukraynadadır”, - Uolles bildirib.
Təxminən 9 ayda ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələri Donetski BM-30 Smerç MLRS-dən atəşə tutub. Ukrayna Silahlı Qüvvələri həmçinin Donetskin Petrovski rayonuna HIMARS reaktiv yaylım atəşi sistemindən üç raket atıb.

Bu barədə “DXR”-in Ukraynanın Müharibə Cinayətləri ilə bağlı Məsələlərə Nəzarət və Koordinasiya Birgə Mərkəzindəki nümayəndəliyi məlumat yayıb.
Ermənistan hökuməti ölkədə müharibə vəziyyətinə hazırlıq aparır.

Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan dünən parlamentdə hakim partiyanın deputatları ilə qapalı görüş keçirib. “Hraparak” nəşri yazır ki, üç saat davam edən qapalı görüşdə hərbi vəziyyət dövründə məhdudiyyətlərin tətbiq edilməsi müzakirə olunub.
“Hökumət məhdudiyyətlərin sərtləşdirilməsini istəyir. Əldə etdiyimiz məlumata görə, görüşün əsas məqsədi “Hərbi vəziyyət haqqında” qanunun sərtləşdirilməsinə hesablanmış təkliflərin müzakirəsi və razılaşdırılmasıdır. Yeni təkliflərə görə, hərbi vəziyyətdə internetə, elektron mediaya, sosial şəbəkələrə qismən və ya tam məhdudiyyətin qoyulması daxildir. Qanun qəbul olunarsa, hökumət sosial şəbəkələri, elektron medianı, bir sözlə internetə qoşulan hər şeyi bloklaaya biləcək”- nəşr yazır.
Məlumata görə, Ermənistanın baş nazirinin yanında hərbi vəziyyətin idarəolunmazı şurası da yaradıla bilər: “Şuraya baş nazir rəhbərlik edəcək. Bununla bağlı qanunun qəbul edilməsinə hazırlıq gedir. Artıq ictimai müzakirə başa çatıb, Milli Məclisə təqdim edilməsi qalıb. Qriqoryanın parlamentdə keçirdiyi görüş də hərbi vəziyyətlə bağlı qanunların təqdim edilməsindən öncə deputatların inandırılması məqsədi daşıyır. Lakin hakim partiyanın bütün üzvləri bu təkliflərin tərəfdarı deyil”.

Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribatlara əl atacağına dair informasiyalar yayılıb. Avropa İttifaqı missiyasını bölgəyə gətirən İrəvan, bu addımını legitimləşdirmək üçün yeni eskalasiyada maraqlı tərəfdir.
Kateqoriyalar: Xəbər