Videonun müddəti: 48:50 Baxış: 483 Əlavə edilib: 2023.02.13
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putin çevriliş hazırlayır...Moldova prezidentindən SENSASİYA! CANLI

Moldova Prezidenti Maya Sandu yaxın vaxtlarda onun ölkəsində Rusiya tərəfindən dövlət çevrilişi təşkil oluna biləcəyi barədə xəbərdarlıq edib. Prezident Sandu bu gün mətbuat konfransında deyib.

"Planda zorakılıq hərəkətləri həyata keçirmək, hökumət binalarına hücum etmək və girov götürmək üçün mülki geyimdə kamuflyaj edilmiş hərbi təlim keçmiş təxribatçıların iştirak etdiyi aksiyalar daxildir. Plana görə etiraz kimi maskalanan zorakı hərəkətlər Kişinyovda hakimiyyəti dəyişikliyə məcbur edəcək", - Sandu bildirib.

Moldova Prezidenti oliqarx İlan Şorun partiyasının payızda təşkil etdiyi etiraz aksiyalarını xatırladaraq, Rusiyanın qonşu ölkə ərazisində təxribat aksiyaları keçirmək planının yeni olmadığını bəyan edib.

“Rusiya öz təhlükəsizliyini təmin etmək üçün Xarkov və Odessanı nəzarətə götürməlidir”. Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib. Onun sözlərinə görə, Ukraynadakı xüsusi əməliyyatın tapşırıqları ilin sonuna qədər tamamlanacaq. "Biz başa vuracağıq, baxmayaraq ki, bəziləri 1 il, 2 il, 3 il deyir, amma inanıram ki, ilin sonuna kimi qarşıya qoyulan vəzifəni 100% yerinə yetirəcəyik". Kadırov bildirib ki, Rusiya Ukraynada sülh naminə döyüşür. “Biz döyüşürük ki, sülh olsun, bizi öldürməsinlər, bizə atəş açmasınlar. Beləliklə, biz hamımız bugünkü kimi, gecə-gündüz işləməliyik”. Çeçenistan rəhbəri Rusiyanın Ukraynada tam gücü ilə döyüşmədiyini də söyləyib: "Amma Rusiyanın səbri tükənə bilər", - o deyib.
Kateqoriyalar: Həftə içi