Videonun müddəti: 5:32 Baxış: 185 Əlavə edilib: 2023.02. 9
Pinterest
LinkedIn
WhatsApp
Telegram

O əfsanə "Jiquli"nin əfsanə sahibi danışdı! Azərbaycanı böyüdən Sərvərin ibrətamiz müsahibəsi

Azərbaycanı böyüdən Sərvərin müsahibəsi

Bəşirli Sərvər bu gün bir saatın içində həm Azərbaycanın, həm də Türkiyənin diqqət mərkəzində oldu. Qırmızı rəngli köhnə Jiqulisi ilə Türkiyəyə yardım toplamaq üçün yollara düşdü. Maşının üzərində Türkiyə bayrağı, ürəyində türk sevdası... yaxınlardan, dost-tanışdan Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün geyim, yorğan-döşək, yardım topladı...

TV Müsavat ölkənin ən çox haqqında danışılan siması Sərvərlə görüşdü, söhbətləşdi. Fotolardan gördüyünüz ev onundu – köhnə daxma, təmirsiz otaqlar, kasıb ev əşyaları. Maşınını isə bütün Azərbaycan, Türkiyə görüb. Ona artıq “əfsanə Jiqulinin sahibi Sərvər” deyirlər. Əməkdaşımız onunla bu yardım kampaniyasına necə qoşulması, bir neçə saatın içində ölkənin ən populyar simasına çevrilməsi, köhnə maşını, Türkiyə ilə döyünən ürəyi...bir sözlə hər şey barədə danışdı. Əslən Laçındandır Sərvər, qaçqın balasıdır və qaçqınlığın, evsiz-eşiksiz yaşamağın nə demək olduğunu çox gözəl bilir. Deyir, bir gecənin içində küçədə, yurduz-yuvasız qalmaq acısını illər öncə bütün ruhu ilə yaşayıb. Odur ki, zəlzələ baş verən gündən gecələr də gözünə yuxu getmir.
Kateqoriyalar: Reportaj