Videonun müddəti: 40:07 Baxış: 466 Əlavə edilib: 2023.02. 8
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ərdoğandan KRİTİK zəlzələ açıqlamaları, ölənlər 9 minə çatır... - CANLI

Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəhrəmanmaraş vilayətinə gəlib. Zəlzələ ilə bağlı açıqlama verən ölkə başçısı bildirib ki, bütün imkanlarımızı səfərbər etmişik:

“İlk gün müəyyən çətinliklər olsa da, ikinci gün və bu gün vəziyyət nisbətən normallaşıb. Axtarış-xilasetmə işlərimiz sürətli şəkildə davam etdirilir. Bununla yanaşı dağıntıların aradan qaldırılması işlərinə də başlanılacaq”.

Ərdoğan zəlzələdən zərər çəkənlərə maliyyə yardımının göstəriləcəyini də bildirib: “Bu məsələ ilə bağlı müəyyən bir büdcə ayrılıb. Zərərin qiymətləndirilməsindən sonra hər bir ailəyə 10 min lirə vəsait ödənilənəcək. Zəlzələnin təsir etdiyi regionlarda yenidənqurma işləri də aparılacaq”.
Kateqoriyalar: Xəbər