Videonun müddəti: 58:48 Baxış: 265 Əlavə edilib: 2023.02. 7
Pinterest
LinkedIn
WhatsApp
Telegram

PKK Türkiyəyə hücum etdi, Fransa nəşri zəlzələni lağa qoydu - detallar “Canlı debat”da

PKK/YPG terror təşkilatı Suriyanın Tel-Rıfat bölgəsindən Türkiyənin Öncüpınar sərhəd polis məntəqəsinin məsuliyyət sahəsini reaktiv yaylım atəş qurğusu vasitəsilə raket atəşinə tutub. Bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda heç bir tələfatın olmadığı, terrorçulara misli ilə cavab verildiyi vurğulanıb.
Qeyd edək ki, ötən gün Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində son məlumata görə, 2921 nəfər ölüb.

Fransız jurnalı “Şarli Hebdo” Türkiyədə minlərlə insanın ölümünə səbəb olan zəlzələləri lağa qoyub. Nəşr bu barədə Tvitterdə paylaşım edib. “Türkiyədə zəlzələ. Tank göndərməyə belə ehtiyac yoxdur”, - paylaşımda qeyd edilib.
Kateqoriyalar: Canlı debat