Videonun müddəti: 36:43
Baxış: 497
Əlavə edilib: 2023.02. 3
TƏCİLİ: İran QARIŞDI, onlarla şəhər ayaqda, binalara od vurulur... - Rejimdən qaçan şair efirdə!
Tehranda İslam İnqilabının qələbəsi mövzusunda hökumət baneri yandırılıb. Əhvaz şəhərində etirazçılar “Bəsic” qüvvələrinə məxsus bazanı yandırıblar. Abdanan şəhərində etirazçılar küçələrdə tonqallar yandıraraq yolu bağlayıb, rejimə qarşı "Diktatora ölüm!", “Əhrimənin simvolunu devir!”, "Xamneyiyə ölüm!" şüarları səsləndiriblər.
Habelə, şəhərdə interneti tamamilə kəsilib. Küçələrdə silahlı döyüşçülər var. İsfahanda etirazçılar küçələrə çıxaraq rejimə qarşı şüar səsləndirib: "Hər öldürülən bir nəfərin ardınca min nəfər gəlir!
Şəhre-Reza şəhərində məhkəmə binasına etirazçılar Molotov kokteyli atıblar. Fuladşəhr şəhərində gecə hakimiyyətə qarşı şüarlar səsləndirilib. Kirmanşahda etirazçılar tərəfindən “Fəcr ongünlüyü” ilə bağlı hökumət banerləri yandırılıb. Qəzvin şəhərin divarlarına rejim əleyhinə şüarlar yazılıb.
Kürdüstan İnsan Haqları Şəbəkəsi Piranşəhr və Cavanrudda daha iki sünni din xadimi və tələbələrin həbs olunduğunu bildirir.
TVMusavat-ın canlı efirində aparıcı Emil Salamoğlunun qonağı olan güneyli şair, AYB-nin Güney şöbəsinin rəhbəri Sayman Aruz İran hadisələrindən və səfirliyimizə terrordan danışır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Kateqoriyalar:
Gündəm