Videonun müddəti: 53:25 Baxış: 138 Əlavə edilib: 2023.01.27
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Tehrandakı xain basqını SEPAH təşkil edib? Sensasion versiyalar, səfirlik boşaldılır... - CANLI

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuma görə məsuliyyət daşıyanların cəzalandırılmasına çağırıb.

Yanvarın 27-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə XİN-dən məlumat verilib. Görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu xüsusda, İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub.

Siyasi şərhçi Asif Nərimanlı yazıb qeyd edib ki, ehtimalları bir qədər də dəqiqləşdirsək, hücumun təşkilində SEPAH-ın birbaşa iştirakı versiyası daha güclüdür və bu kontekstdə hücumun niyə indi edildiyi təsadüfi deyil:

“Gərginliyin yaşandığı Bakı-Tehran xəttində son günlər Ankaranın vasitəçiliyi ilə müəyyən təmaslar yaranıb; bu təmaslara ən sərt reaksiyanı SEPAH qanadına bağlı media nümayiş etdirir və görünür, gərginliyin qalmasında, hətta pik həddə çatmasında maraqlıdırlar;
Birincisi, Bakını praktiki addımla hədələyirlər; İkincisi, İranın Bakıdakı səfirliyinə qarşı hansısa addımın atılmasına sövq etməyə çalışırlar: molla rejimi Azərbaycanla qarşıdurmada əvvəldən Bakını təxribata çəkərək, “ilk hücum edən tərəfə” çevirmək istəyir.

TVMusavat-ın “Həftə içi” verilişində BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı ilə AĞ Partiya başqanının müavini Əhəd Məmmədli Tehran terrorunu müzakirə edirlər.
Kateqoriyalar: Gündəm