Videonun müddəti: 49:29 Baxış: 149 Əlavə edilib: 2023.01.27
Pinterest
LinkedIn
WhatsApp
Telegram

SON DƏQİQƏ: Bütün Ukrayna bombardman edilir, Kiyev sakinləri metrolara axışır - CANLI

Ukraynanın paytaxtı Kiyev şəhərinə Rusiya qüvvələri tərəfindən raket zərbəsi endirildikdən sonra şəhər sakinləri kütləvi şəkildə metrostansiyalara axın edib. Hazırda stansiyalarda xeyli insanlar var. Rusiya Silahlı Qüvvələri Ukraynanın müxtəlif şəhər və vilayətlərinə kütləvi raket hücumu edib. “RBK Ukrayna” məlumat yayıb. Məlumata görə, Kiyev, Jitomir, Çerkassı, Denpropetrovsk vilayətlərinə zərbələr endirilib.

Putin mənim üçün heç kimdir, onunla danışıqlar maraqlı deyil. Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Görüşmək maraqlı deyil, danışmaq maraqlı deyil... Rusiyada qərarları kimin verdiyini həqiqətən anlamıram”, - Zelenski bildirib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın dövlət başçısı Volodimir Zelenskiyə cavab verib.

Peskov Zelenskiyə seçki kampaniyası zamanı verdiyi vədləri xatırladıb. "Biz onun hansı vədlərlə prezident seçildiyini yaxşı bilirik. Amma o, Donbas problemini həll etmədi, Minsk razılaşmasını yerinə yetirmədi. Onun belə niyyəti yox idi və Zelenski müharibəyə hazırlaşdı", - deyə sözçü bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti V.Zelenski xarici KİV-ə müsahibəsində Rusiya lideri Vladimir Putinlə danışmağın maraqsız olduğunu demişdi. Daha sonra Zelenski Rusiya prezidentinin onun üçün heç kim olduğunu söyləmişdi.

TVMusavat-ın canlı efirində siyasi ekspert Vaqif Hüseynlə Ukraynadakı gərginliyi müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Gündəm Həftə içi