Videonun müddəti: 1:13:02 Baxış: 135 Əlavə edilib: 2023.01.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Qarabağda yeni MÜHARİBƏ ehtimalı böyüdü – Avropa İttifaqı işə qarışır– Tural Abbaslı ilə CANLI DEBAT

Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhəd ərazilərində iki illik monitorinq missiyası yerləşdirmək barədə qərarı heç bir halda xoş niyyət və məqsəddən qaynaqlanmır. Buna hansı ehtiyacın, zərurətin olması da izahsızdır, çünki real bir əsası yoxdur. 2022-ci ilin sentyabrında Ermənistanın sərhəddə törətdiyi təxribatlarının ardınca Azərbaycanın guya onların ərazisinə “təcavüz” etməsi haqda iddialarından, ağ yalanlarından Avropa İttifaqı faktiki olaraq öz maraqları naminə sui-istifadə edir, Ermənistanın çağırışı ilə missiya yollayır.

Ötən ilin sonunda Aİ bölgəyə müvəqqəti - 2 aylıq patrul missiyası göndərmək niyyətini açıqlayanda Azərbaycan buna qəti şəkildə etiraz etdi. Rəsmi Bakı Azərbaycan ərazisinə missiyanın buraxılmayacağını bəyan etdi. Ermənistan isə onlara qucaq açdı.
Avropa İttifaqının missiyasına Ermənistan İctimai Televiziyasının göndərdiyi yazılı sorğuya cavabda bildirilib ki, Aİ-nin mülki missiyasını təxminən 100 nəfərdən ibarət olacaq.

Missiyasının Ermənistanın bir neçə şəhərində yerləşdiriləcəyi, Naxçıvan da daxil olmaqla Azərbaycan-Ermənistan dövlət sərhədini tam əhatə edəcəyi qeyd olunub.
Burada əlbəttə ki, İrəvanın Rusiyanı şantaj etmək niyyəti də var. Məsələ ondadır ki, Azərbaycan haqlı və qalib tərəf olduğundan, habelə xarici siyasətini düzgün qurduğundan Ermənistan nə KTMT kontingentini öz ərazisində Azərbaycana qarşı yerləşdirə bildi, nə də Rusiyanı təxribatlarına cəlb etməyi bacardı.

Nəhayətdə, Rusiya əleyhinə kampaniyaya başladılar və Aİ də bu fürsətdə Ermənistanı özünün Kremlə qarşı siyasətində istifadə etmək üçün alətə çevirdi.

Sonuc ondan ibarətdir ki, 2 aylıq missiyanın tam mənasızlığı faktı ortada olsa da, Azərbaycanın Ermənistan ərazisinə təcavüz iddialarının tam yalanlığı dünyaya bəlli olsa da, Aİ bu dəfə 2 illik missiya yollayır.

Təbii, burada ermənipərəst dairələrin də rolu var.
Ən əsası isə odur ki, belə absurd missiyanın Azərbaycanla sərhədə yerləşdirilməsi, Ermənistanın bundan siyasi məqsədləri üçün yararlanması hazırda ətrafında müzakirələr gedən sülh prosesinə ağır bir zərbədir.

Düzdür, bəzi ekspertlər bildirir ki, Rusiyanın Ermənistanı sıxacağı, münasibətlərinin daha da pisləşəcəyi şübhəsizdir və bu bundan Azərbaycan yararlana bilər. Ancaq məsələyə geniş prizmadan, qarşıya qoyulan əsas hədəfə - sülhə nail olmaq nəzərindən yanaşdıqda, bu missiyanın gəlişi sırf pozuculuq kimi qiymətləndirilməlidir. Çünki Rusiyanın da razılığı, iştirakı olmadan sülhə nail olmağın mümkünsüzlüyü də etiraf edilməlidir...

Azərbaycanın Xarici İşlər Nazirliyi məsələyə net mövqe sərgiləyib. “Avropa İttifaqının Ermənistanda monitorinq missiyasının mövcudluğu Ermənistan tərəfindən hər üç istiqamətdə normallaşma prosesini pozmaq cəhdlərinin artması, o cümlədən Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşünə əsassız ittihamlarla zərbə vurulması ilə üst-üstə düşdü. Beləliklə, Aİ missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilər sarsıldı”. Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarına dair şərhində belə deyilir.

Azərbaycan Aİ-nin Ermənistanda iki aylıq mülki missiyasının başa çatmasından sonra burada fəaliyyətini davam etdirmək marağında olmasını nəzərə alaraq, Aİ ilə məsləhətləşmələr zamanı xoş niyyətlə çıxış edib, habelə öz mövqeyini, gözləntilərini, narahatlıqlarını aydın və şəffaf şəkildə qarşı tərəfə çatdırıb.

2023-cü ildə sülhə nail olmaqdan danışıldığı halda Aİ-nin Azərbaycanı, prosesin vasitəçi olaraq iştirakçılarını nəzərə almadan, təkcə Ermənistanla əl-ələ verərək, bölgəyə 2 illik missiya yerləşdirməsini anti-sülh marağı kimi qiymətləndirməkdən başqa variant qalmır.

Aİ niyə belə edir? Rusiya buna cavab olaraq hansı addımları ata bilər? Mümkündürmü Kreml Ermənistandakı silahlı kontingentini geri çəksin?
Hüquqi baxımdan, BMT-nin mandat ver
Kateqoriyalar: Canlı debat