Videonun müddəti: 56:20 Baxış: 146 Əlavə edilib: 2023.01.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndidəki “zapravka”lar bağlandı, Araik Bakıya üz tutdu: qaz ajiotajı... - CANLI

Bu gündən Xankəndi və Qarabağ bölgəsindəki yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandırılacaq. JAMAZ.İNFO xəbər verir ki, bu barədə separatçılar məlumat yayıblar.

Erməni separatçıları iddia edirlər ki, guya, Azərbaycan tərəfinin Ermənistandan Qarabağa çəkilmiş qaz kəmərinə “müdaxilə edib” və nəticədə, mavi yanacaq məsələsində problem yaranıb.

Ona görə də, YDM-lərdə qaz satışını dayandırıblar. Separatçılar indiyə qədər anbara yığdıqları təbii qazı yalnız səhiyyə müəssisələrinin qızdırılması üçün qazanxanalara və çörəkbişirmə sexlərinə verəcəklər.

Qeyd edək ki, Azərbaycan tərəfi Qarabağa verilən təbii qazı dayandırmayıb. Bu ermənilərin yeni oyunlarından biridir. Özləri qəsdən belə bir şərait yaradıblar ki, dünya ictimaiyyətini aldadaraq, özlərini “məzlum” kimi göstərsinlər.

Qarabağdakı erməni separatçıları bu gün rəsmi Bakı ilə danışıqlar aparmaq üçün müraciət ediblər. Bu danışıqlar mövzusu Laçın dəhlizində keçirilən aksiyalar, Qarabağdakı ermənilərin qaz təhcizatı ilə bağlı olub.

Qarabağdakı separatçıların sözügedən sayta verdikləri məlumata görə, hazırda vəziyyətləri acınacaqlıdır və bununla əlaqədar Azərbaycan rəsmiləri ilə görüşərək, danışıqlar aparmağa çalışırlar. Lakin rəsmi Bakı separatçıların heç bir nümayəndəsi ilə görüşmək istəmədiyini bildirib və təklifi rədd edib.

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev TV Musavat-ın canlı efirində qondarma rejimi necə məhv etməyin yolları haqda danışır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi