Videonun müddəti: 59:22 Baxış: 155 Əlavə edilib: 2023.01.23
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putinin Xankəndidəki “desantı” boynuna aldı: Kremlin adamıyam... – Kamran Həsənli ilə CANLI

Rusiyada işləyən qırğızıstanlıların bir çoxu Kremlin hərbi səfərbərlik elanından qorxaraq vətənlərinə dönüblər. Ancaq Rusiya pasportu olanların bəzilərinin son həftələr ölkədən çıxışının qarşısı alınıb.

Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin növbəti prezident seçkilərində iştirakının mümkünlüyü haqqında danışıb. Peskov Putinin bu mövzuda heç bir açıqlama vermədiyini söyləyib. Kremlin mətbuat katibi Putinin işini adi qrafiklə davam etdirdiyini bildirib.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Separatçı "Dağlıq Qarabağ respublikasının Dövlət naziri" Ruben Vardanyan BBC-nin "Hard Talk" verilişində Stephen Sackur-un suallarını cavablandırıb.

Musavat.com xəbər verir ki, müsahibədə Vardanyan bir sıra məsələlərdə özünü çətin duruma salıb.

Vardanyan Ukraynadakı hadisələrlə bağlı suala cavab verməkdən yayınaraq yenə də ermənilərin "humanitar fəlakəti" haqqında cəfəng danışmağa başlayıb.

"Hesab edirəm ki, Rusiya, Fransa, ABŞ və ya digər ölkələrin mövqeyinə dair cavabımın nə olmağından asılı olmayaraq, bu, beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanlarına mane olar. Bunu şərh etmək səhv olardı", - o deyib.

Müsahibə boyunca Vardanyanın ortaya qoyduğu mövqe bir daha onun Rusiyanın, Sarkisyan-Köçəryan qruplaşmasının layihəsi olmasına, Paşinyana müxalif olduğunu sübut edir. Çünki müsahibə boyunca aparıcının suallarından yayınaraq Ukrayna-Rusiya savaşı ilə bağlı Rusiyanın, Putinin əleyhinə bir cümlə də işlətmir. O, bu kimi suallardan açıq şəkildə yayınır.

Vardanyan yenə də yalan danışaraq ermənilərin blokada şəraitində qaldığını, Azərbaycanın yolu bağladığını deyir. Halbuki, hər gün Laçın yolundan onlarla maşın buraxılır. Heç bir blokadadan söhbət getmir və bu, günlərdir ki, faktlarla sübuta yetirilib.

TVMusavat-ın “Kamranla 1” verilişində aparıcılar - Kamran Həsənli ilə Emil Salamoğlu gündəmi müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Veriliş: Kamranla 1