Videonun müddəti: 32:49 Baxış: 127 Əlavə edilib: 2023.01.22
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyanın masasında içki, arvadı isə İranda çadraya büründü - Qabil Hüseynli ilə CANLI

İran bütün qonşu ölkələrlə hər sahədə əməkdaşlığı inkişaf etdirmək siyasəti yürüdür. Bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zühuri deyib.

“Ermənistan bizim qonşumuz və dost ölkəmizdir. Biz Ermənistanla münasibətlərimizi məhz bunun əsasında qururuq. Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”, - səfir bildirib.

Səfirin sözlərinə görə, İranın mövqeyi həmişə beynəlxalq qanunlara uyğun olaraq bütün ölkələrin, o cümlədən Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməkdən ibarət olub: “Ümid edirəm ki, iki qədim və çoxəsrlik ölkə arasında bu qarşılıqlı əlaqə bundan sonra da inkişaf edəcək".

İranlı diplomat, həmçinin bildirib ki, Tehran və İrəvan arasında yollar, iqtisadi əməkdaşlıq və s. ilə bağlı müxtəlif istiqamətlərdə işlər aparılır.

"Nikol Paşinyanın işçiləri “nümayəndəlik xərcləri” adı ilə yeni alış-veriş edib; 2 şüşə viski və 1 şüşə rom alıblar. Baş nazirin tez-tez alkoqolla istirahət etməyə çalışdığı və hətta ofisində həmişə masasının üstündə viski olduğu barədə davamlı söz-söhbətlər var".

“Hraparak” qəzeti belə yazır. "Təbii ki, baş nazir dövlət satınalmalarına güvənmir; ona çoxlu içkilər verilir, hətta bəzən baş nazirin adına xüsusi yazı olan bahalı içkilər hazırlayan və tədarük edən konyak fabrikində brend içkilər də sifariş edir. Bir qayda olaraq bunlar baş nazirə hədiyyə edilir...

Baş nazirlik aparatı bu dəfə əyləncə xərcləri adı altında 2 şüşə viski alıb. "Akashi Blue blended" - 0,7L, "Tenjaku Pure Malat"- 0,7L və bir şüşə rom: "Saint James Millesime 2001"- 1L. Viskilərin qiyməti 27təxm. 65 dollar) və 25 min dram(təxm. 60 dollar), romun isə 32 min 500 dramdır(təxm. 78 dollar)" -deyə erməni nəşri bildirir.
İranın paytaxtı Tehran şəhərində “Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi” keçirilib.

İki günlük toplantıya dünyanın 90-a yaxın ölkəsindən fəal qadınlar dəvət olunub.


İran İslam Respublikasının prezidenti İbrahim Rəisi konqres iştirakçıları olan qadınların qəbulunu keçirib.

Modern.az xəbər verir ki, Rəisinin qəbulu zamanı Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana xüsusi sevgi ilə yanaşılıb. Belə ki, xanım Akopyan məclisdə yuxarı başda – prezident Rəisi və xarici işlər naziri Abdullahianın yanında əyləşdirilib.

Anna Akopyana tədbirdə söz də verilib. O, müxtəlif ölkələrin nüfuzlu qadınlarını bir araya gətirdiyinə və onlara masa arxasında əyləşmək üçün görünməmiş imkan yaratdığına görə İran Prezidenti və birinci xanımına təşəkkür edib.

Qeyd edək ki, Anna Akopyana İranın birinci xanımı Cəmilə Ələmolhoda ilə ayrıca şəkil də çəkdirməyə də imkan yaradılıb.

Mərkəzdə oturmuş Cəmilə Ələmolhoda sağında və solunda Burkina Faso, Serbiya, Ermənistan və Qırğızıstan liderlərinin xanımları əyləşib.

Bununla da İran Ermənistana sevgisini bir daha nümayiş etdirmiş olub.

Xatırladaq ki, Azərbaycanı tədbirdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təmsil edib.

Rusiya və Ukrayna arasında davam edən döyüşlər dalana dirənib. Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda qeyd olunub.
Kəşfiyyat Xidmətindən bildirilib ki, son günlər ən ağır döyüşlər üç istiqamətdə cəmləşib.

"Şimal-şərqdə, Kreminna yaxınlığında, Ukrayna çox güman ki, kiçik uğurlar əldə edib və Rusiyanın əks-hücumundan uğurla müdafiə olunub. Donetsk vilayəti ətrafında, Baxmut sektorunda, bu həftənin əvvəlində ələ keçirilən Soledarda Rusiyanın silahlı qüvvələri və "Vaqner" qüvvələri yenidən özünü bərpa edir".
Məlumatda qeyd olunur ki, cənubda, Zaporojiye vilayətində hər iki tərəf artilleriyadan istifadə edir, lakin hər hansı genişmiqyaslı hücum cəhdindən yayınırlar. Britaniya Müdafiə Nazirliyi əlavə edir ki, bu istiqamətdə hər iki tərəf böyük qüvvələr toplayıb.
"Bütövlükdə, münaqişə dalana dirənib. Bununla belə, Baxmut ətrafında yerli rusların irəliləməsinin real ehtimalı var", Britaniya Müdafiə Nazirliyi bildirib.
Bu il İngiltərədəki “Interflex” proqramı çərçivəsində daha 400 Ukrayna əsgəri təlim keçəcək. Niderlandın müdafiə naziri Kaysa Ollonqren məlumat verib. “2023-cü ilin yanvar-aprel ayları arasında 2023-cü ildə Dəniz Piyadaları Korpusunun (Hollandiya) təxminən 65 əsgəri hər biri 200 ukraynalı çağırışçıdan ibarət iki partiyaya təlim keçəcək”, - nazir qeyd edib.
Kateqoriyalar: Canlı debat