Videonun müddəti: 35:27 Baxış: 163 Əlavə edilib: 2023.01.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ruslar Xankəndidən kriminal Banduryan qardaşlarını necə qaçırdı? Detallar CANLI-da

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.

Dövlət başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Bu arada, Rusiya sülhməramlıları tanınmış erməni kriminal avtoritetlər Ara və Alik Banduryan qardaşlarına Xankəndidən çıxmalarına kömək edib. Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat verib.

“Bizə dedilər ki, Qarabağa bəzi “sənəd məsələləri”ni həll etmək üçün gəliblər. Amma təxminən bir həftə əvvəl oradan çıxa biliblər. Rus sülhməramlıları bu işdə onlara kömək edib. “Ural” markalı hərbi maşınla Ermənistana aparıblar”, - məlumatda deyilir. Qəzet qeyd edir ki, onlar Ermənistandan Xankəndiyə gələn digər şəxsləri də özləri ilə aparıblar: “Banduryan qardaşlarının yanında yaxın dostları “Tarzan” ləqəbli gənc də olub”.
TVMusavat-ın canlı efirində AXC İcraiyyə Komitəsinin sədri olmuş, təşkilatda mərhum Elçibəyin 1-ci müavini vəzifəsini tutmuş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə 20 Yanvar qırğınına aparan tarixə nəzər salırıq, eləcə də Qarabağdakı son prosesləri müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi